YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qavaldaş

Qobustan qoruğunda Qavaldaş adlanan qədim musiqi aləti qorunub saxlanılır. Böyükdaş və Cingirdağda olan və «Qavaldaş» adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. 

 

Cingirdağdakı «Qavaldaş»ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakı daşlara nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.


Böyükdaşdakı «Qavaldaş»ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir.


«Qavaldaş»dan xüsusi olaraq rəqs və mahnı mərasimləri üçün istifadə edirdilər. Bu möhtəşəm musiqi aləti bu gün də öz quruluşu, qeyri-adı səsləri ilə Qobustana gələnlərin böyük heyrətinə səbəb olur.