YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kapuçin meymunu

Amazonkanın qalın meşələrində xırda meymunlar da yaşayır. Onların əksəriyyəti üçün quyruqlarının böyük mənası var-əbəs yerə onları ilməquyruqlu adlandırmırlar. Kapuçin də belə meymunlara aiddir.

 


Kapuçinlər çox dərrakəli meymunlardır və insanların hərəkətlərini asanlıqla yamsılayırlar. Onların yanında bir mıx vurub, paltar yuyub və yaxud ütüləyən kimi dərhal həmin şeyləri təkrar etməyə başlayırlar. Ona görə də heyvanların davranışını öyrənən alimlər-etoloqlar bu meymunlarla işləməyi çox sevirlər.

 


Cənubi Amerika meymunları və yaxud yeni dünya meymunları, bütün həyatlarını ağaclarda keçirirlər. Bu meymunları enliburun meymun adlandırırlar, çünki burunları yastı olur, burun deşikləri isə çölə baxır və içəridən enliburun çəpəri ilə ayrılır. Amerikalı meymunların oturağı döyənəkli deyil. Bu meymunların dırnaqları iti olur, baş barmağı isə sərbəst fırlana bilmir.