YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ronda

Ronda - qayaların üzərində qurulmuş gözəl və qeyri-adi bir şəhərdir. Bu şəhər İspaniyanın Malaqa əyalətində yerləşir. Əhalisinin sayı 36 mindən çoxdur. Bu şəhər İspaniyanın ən qədim şəhərlərindən biridir. Buna sübut kimi isə paleolit erasına, finikiya, karfaqen və yunan yaşayış məskənləri dövrünə aid çoxsaylı arxeoloji tapıntıları göstərmək olar. Romalıların hakimiyyəti zamanı bu şəhər "Arunda" adlanırdı və əyalətin ən vacib ticarət mərkəzlərindən biri sayılırdı. 


Şəhər İspaniyanın milli abidəsi elan olunub və Taho dərin yarğanının (100 metrdən çox, yarğanın dibində isə Quadalevin çayı axır) hər iki tərəfində tikilib. Bu yarğan şəhəri iki hissəyə bölür: 13-cü əsrə aid qədim şəhər və 18-ci əsrə aid müasir şəhər. Hər iki şəhər isə 18-ci əsrdə tikilən “Yeni körpü” ilə birləşir. Bu körpü şəhərin simvoluna çevrilib.


Ernest Heminquey bu gözəl şəhərdə bir neçə ay yaşayıb. O, bu şəhəri öz yazdığı əsərlərində daim xatırlayıb, onun qeyri-adi gözəlliyini tərif edib və bu da öz növbəsində şəhərin məşhur turist attraksionlarından birinə çevrilməsinə yardım edib.