YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Raffleziya Arnoldi

Malay arxipelaqında yerləşən ekzotik Sumatra, Kalimantane və Yava adalarında əsl təbiət möcüzəsini- dünyanın ən böyük çiçəyi Raffleziya Arnoldini görmək olar. Çox nadir və qeyri-adi bir görünüşə sahib olan bu çiçək haqda elə də çox məlumat yoxdur. Çiçək hələ də öz sirrini qoruyub saxlayır. 


Raffleziya çiçəyi 1818-ci ildə İndoneziyanın yağış meşələrində təbiətşünas Cozef Arnold tərəfindən tapılıb. Çiçəyin adı da onu ilk dəfə tapan zabit Rafflz və botanik Arnoldun adı ilə bağlıdır. Yerli əhali onu “bunqapatma”, yəni “lotos çiçəyi” adlandırırlar. Boyu böyük olsa da, ömrü çox qısadır, çiçək cəmisi iki həftə yaşayır.


İndoneziyada Sumatra, Borneo adalarında və Tailanddakı “Khao Sok” Milli Parkında Raffleziya çiçəkləri bitir. Bir metrə qədər böyüyə bilən çiçəyin çəkisi isə 11 kiloqramdır.