YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kivilər

Uçmayan quşlara Yeni Zelandiyada yaşayan kivilər də aiddir. Bu tilsizlərə aid olan nisbətən kiçik quşlar (çəkiləri 1,4—4 kq) qalın rütubətli meşələrdə yaşayır və gecə həyatı sürürlər.

 

Əksər quşlardan fərqli olaraq, kivilərdə iybilmə qabiliyyəti yaxşı inkişaf etmişdir və bu da qida axtarışında onlara kömək edir. Yeni Zelandiyada kivilər qanunla mühafizə olunur və bu ölkənin xüsusi rəmzi sayılırlar. Bu quşların qanadları inkişaf etməyib, ayaqları isə kifayət qədər güclüdür. Kivilər dimdikləri ilə torpaqdan qazıb çıxardıqları qurdlar və giləmeyvə ilə qidalanırlar. 

 

Yuvasına və ya ağac kökləri altına 1—2 yumurta qoyur. 6—7 həftə kürt yatır. Bir həftəlik balalar sərbəst yemlənir.