Freqatlar
Freqatlar hava yaşayış tərzinə bu dəstənin digər nümayəndələrindən çox alışmışlar. Freqatların dimdiyi nazik və uzun olur, ucunda isə yekə iti qarmağı vardır. Qanadları uzun və ensiz, uçuşları cəld və manevrli olur. Əsasən süzücüdür. Bu quşlar uzun müddət havada qalırlar. Əsasən havada tutduqları uçan balıqlarla qidalanırlar.
10.01.2020