YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zolaqlı tenrek

Yaşayış arealı Madaqaskar olan tenreklər (Hemicentetes semispinosus) son dərəcə çeşidli heyvanlardır. Onların 24 növü qeydə alınıb və bəzi növləri siçanları və kirpiləri xatırladır.


Zolaqlı tenrek kiçik ölçüdə olur. Dərisi  xırda iynələrlə örtülüdür. Bədəninin uzunluğu 15-18 santimetrə çatır və digər növlərdən fərqli olaraq, quyruğu çox qısadır, hətta demək olar ki, görsənmir. Bu "tikanlı" heyvan təxminən 150 qram ağırlığında olur.


Bu yeganə məməlidir ki, əsas səs kimi cırıldamaqdan istifadə edir. Bu səs isə yalnız ilan və həşərat üçün xarakterikdir.


Digər növlərdən fərqli olaraq, zolaqlı tenrekin bədəni parlaq və qeyri-adi bir rəngə malikdir. Tükləri tikanlarla birgə üç rəngə boyanıbdır – qara, sarı və ağ rəngə. Baş və döş nahiyələrində sarı çalarlar daha çoxdur.
Bütün tenrek növləri demək olar ki, Madaqaskar adasının sakinləridir, lakin Orta və Şərqi Afrikada yalnız bir neçə növü mövcuddur. Onlar nəmli və sıx meşələrdə yaşayırlar. Torpaqda yuva qurarlar. Qida rasionuna böcəklər, ağac qurdları və s. xırda həşəratlar daxildir.


Dişi tenrek bir dəfəyə 10 bala verə bilir (bəzi növlərdə bu rəqəm 25-ə yüksəlir). Ən yüksək doğum səviyyəsi dekabr-mart aylarında baş verir. Onlar tez bir zamanda müstəqil olurlar və bir neçə gün süd ilə bəsləndikdən sonra böyüklərin qidasına keçid edirlər. Onlar çox tez böyüyürlər. Dişi tenrek cinsi yetkinliyə 5 həftəsində çatır.  2 -3 il ömür sürərlər.