YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qazkimilər

Bu quşlar suya baş vurur, çox gözəl üzür, ancaq quruda çox asta və yöndəmsiz yeriyirlər. Enli, buynuz lövhəcikli yastı dimdiyi suyu süzməyə və qidanı saxlamağa kömək edir. 


Adi qaqa 10 m-lik dərinliyə baş vurub, suyun altında 1-2 dəqiqə qala bilir. Nəhəng dimdiyi ilə yeraltı qayalardan molyuskaları qoparır və öz kobud buynuzvari lövhəcikləri ilə onların qabıqlarını əzir. 


Qazkimilər Antarktidadan başqa bütün qitələrin dəniz və daxili sularında yaşayırlar. Bu dəstəyə ən müxtəlif ölçülü 150 növ daxildir. Fitçalan cürənin çəkisi cəmi 200 q, qu qazının isə 13 kq-a qədərdir. 


Palamedeyanın qanad büküşündə iki nəhəng sümüklü tikan vardır ki, bu quş onlardan özünü müdafiə etmək üçün istifadə edir. 


Bütün ördək, qaz və qular qazkimilər dəstəsinə aiddirlər. Ancaq qazkimilər dəstəsinin daxilində daha bir yarımfəsilə vardır. Bu, Cənubi Amerikada yaşayan palamedeyalardır. Palamedeyalar zahirən bir qədər toyuqlar dəstəsindən olan quşları xatırladır və digər qazkimilərdən çox fərqlənirlər. Palamedeyalar yaxşı yeriyir, qaçır və uçur, çox vaxt hündür ağaclara qonur, ancaq çox nadir hallarda üzürlər. Ona görə də onların barmaqlarında üzgüçü pərdə yoxdur.


Uzun əyilgən boynu suda qidanı axtarmağa imkan verir. Sıx qat-qat tüklü lələyi istiliyin qorunub saxlanmasına şərait yaradır.


Qısa, bir qədər geri çəkilmiş ayaqları suda avar çəkməyə alışmışdır, üzgüçü pərdə ilə birləşmiş uzun barmaqları isə avarlardır. 


Qazkimilər necə qidalanırlar?


Bizquyruq çay ördəyi öz süzücü aparatının vasitəsilə suyun səthindən xırda onurğasızları, yosunları yığır.


Pazdimdik başını və boynunu suya salaraq balığı tutur. Qu quşu isə suyun dibindən yosunları dartıb çıxarmaq üçün uzun boynunu suya salır.