YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Toyuqkimilər

Bu dəstəyə yerüstü həyat tərzi keçirən orta ölçülü quşlar daxildir. Onların qanadı enli və qısa olur. Belə qanadların köməyi ilə toyuqlar hündür yerlərdən cəld uçub, lazım gəldikdə, məsələn, yırtıcılardan qoruna bilirlər. Ancaq bununla bərabər, onlar uzun müddətli uça bilmirlər. 


Toyuqlar dəstəsindən olan erkəklərin çoxu iri və parlaq rəngli olur. Bu dəstənin balaları yumurtadan gözlü və tüklü çıxır, ilk günlərindəcə yuvanı dərk edib analarının ardınca gedirlər. 


Ev toyuqlarının əksəriyyəti cənub-şərqi Asiyada yaşayan bankiv toyuğundan əmələ gəlmişlər. 


Toyuqkimilər dəstəsindən olan quşlar arasında ən nadir qrup zibillik toyuqları və ya yekəayaqlılardır. Bu kifayət qədər iri quşlar Avstraliya, yeni Qvineya və ətraf adaların tropik, rütubətli meşələrində yaşayırlar. Onlar yumurta üstündə oturmur, onları bitki çürüntülərinin içərisində basdırırlar. Beləliklə, yumurtalar çürüntünün yaratdığı temperatur hesabına isti qalır. Çürüntü komasını erkək toplayır. 


Zibillik toyuqlarının yumurtaları çox iri olur və dik yerləşirlər. 


Tetra fəsiləsindən olan quşlar qarlı qış şəraitində yaşamağa çox alışmışlar.Onların pəncəsi barmaqlarının ucunadək tüklüdür və xarlanmış qarın üstündə yıxılmadan gəzə bilirlər. Tetra quşlarından ən irisi Sibir xoruzudur. O, iynəyarpaqlı meşələrə üstünlük verən əsl meşə quşudur. 


Erkək tovuz quşları öz möhtəşəm “quyruğunun” qəribə mavi-yaşıl xallı lələkləri ilə məşhurdurlar. Bu qəribə quyruq tovuz quşlarında 3 yaşında əmələ gəlir. Qırqovullar qrupu toyuq dəstəsi içərisində ən müxtəlif və çoxsaylısıdır. Buraya qırqovul, tovuz quşu, ular, bildirçin, kəklik və bir çox quşlar aiddir. Onlar demək olar ki, bütün yer kürəsində geniş yayılmışlar və ən müxtəlif şəraitlərdə-meşə, çöl, dağ, hətta şəhərlərdə insanlarla yanaşı yaşayırlar.


Ularlar 8000 m hündürlükdə dağlarda yaşayır.


Cənub-Şərqi Asiyada yaşayan erkək və dişi qırqovulların rəngi kəskin fərqlidir. Bu quşların erkəkləri quşlar aləminin ən yaraşıqlısı sayılır.