YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qağayılar

Çovdarkimilər dəstəsinə orta və xırda ölçülü, suda və ya su ətrafında həyat tərzi keçirən quşlar daxildir. Çovdarkimilər, demək olar ki, bütün yer üzünə yayılmışlar.


Böyük dəniz qağayısı ən güclü və iri qağayılardan biridir. O, Şimali Amerikada yaşayır. Qağayıların həyatı su ilə sıx bağlıdır. Bütün qağayıların pəncəsi pərdəli, lələkləri isə qalın, bərk və sukeçirməzdir. Onlar çox gözəl üzür və uçur, çoxları isə quruda yaxşı gəzirlər. Bütün yer kürəsi boyu dəniz, çay və göl sahillərində, çox vaxt isə böyük koloniyalarla yuva qururlar. Qağayılar balıq, eləcə də balıq vətəqələrinin tullantıları və leşlərlə qidalanırlar.


Böyük dəniz qağayısı qənimətinə hücum etdikdə, digər qağayılar ona “ehtiramla” yol verir. 


Bəzən böyük qağayı dəstəsi çöllərdə külli miqdarda ziyanverici həşəratları məhv edərək qidalanır. Liman şəhərlərində qağayılar qidanı çox vaxt tullantı içərisindən tapırlar.


Uzaq Cənub və Şimalda sahil qağayıları yaşayır. Onlar qağayılar içərisində ən yırtıcısıdır. Sahil qağayıları arasında Şimal və Cənub yarımkürələrində yaşayan böyük sahil qağayılarını seçmək olar. Antarktidada böyük sahil qağayısı yuva quran pinqvinlərin əsas düşmənidir. Böyük pinqvinlər üçün, əlbəttə ki, sahil qağayısı qorxulu deyil, ancaq balaları üçün çox təhlükəlidir. Digər sahil qağayıları kimi, böyük sahil qağayıları leşlə qidalanır, havada digər quşların qənimətlərini əlindən ala bilir.


Qağayılar dəstəsinə xırda və zərif olan su qaranquşları da aiddir. Arktikada yaşayan bu qütb su qaranquşu ən uzun uçuşları ilə məşhurdur. 


Mütəxəssis ornitoloqlar çox qədim qağayı barədə 1969-cu ilə məlumat əldə etmişlər. Təbii ki, o, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qızmızı kitabı”na salınmışdır. Bu qağayı ən nadir qağayı hesab olunur. O iki yerdə-Qazaxıstan və Baykalyanı ərazilərdə yaşayır. Bu iki koloniyada cəmi 2-3 min qağayı yaşayır. 


Şərqi Sibirin tundralarında, Kolıma, İndigirka və Alazeya çaylarının ayağında qəribə gözəlliyi ilə seçilən çəhrayı qağayı yuva salır.


Bu qəribə və nadir quş Şimal Buzlu okeanın donmayan sularında qışlayır. Çəhrayı qağayı yayda həşərat, qışda isə xırda balıq və xərçənglərlə qidalanır. 


Bu xüsusi çəhrayı lələkli quşu ancaq Arktikada görmək olar.