YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ququ quşları

Ququ quşları dəstəsinə Antarktidadan başqa, bütün qitələrdə yaşayan quşlar daxildir. Bu dəstənin bəzi nümayəndələri meşələrdəki ağac çətirlərində, digərləri yerdə, çöl və yarımsəhralarda yaşayırlar. Hamısı, demək olar ki, həşəratlarla qidalanırlar.


Bu quşlar öz yumurtalarını başqa yuvaya qoymaları ilə məşhurdurlar. Zooloqlar buna yuva parazitizmi deyirlər. Ancaq bütün quşlar belə deyildir: çoxları sərbəst yuva qurub, yumurta qoyur. 


Parazait ququ quşlarının, demək olar ki, bütün növləri şərq yarımkürəsində, qeyri parazit növləri isə qərb yarımkürəsində yaşayırlar.


Bəzi ququ quşu balalarında yumurtadan çıxdıqdan sonra xüsusi refleks yaranır və onlar sahibinin balalarını yuvadan atmağa başlayırlar və bundan sonra ögey valideynləri təkcə ququ quşu balasını yemləyirlər.
Ququ quşu balası çox vaxt öz ögey valideynlərini ölçüləri ilə geridə qoyur.


Parazit ququ quşlarının yumurtaları, digər quşların yuvalarına qoyduqları yumurtalar kimi, balaca olur.


Ququ quşunun səsini, yəqin ki, meşədə hər kəs eşitmişdir. Hamıya məlum olan “qu-qu” səsini erkək çıxarır, dişinin isə oxuması sakit qəhqəhəyə bənzəyir.


Digər quşlar kimi, ququ quşları həşəratlarla qidalanırlar və ancaq onlar həm də digər quşların yeyə bilmədiyi tüklü qurdları yeyə bilirlər. 


Adi ququ quşu əsl yuva parazitlərinə aiddir. Ümumi görünüşünə və rənginə görə ququ quşu qırğıya bənzəyir. Bu ona xırda quşların yuvasına asanlıqla qonmağa imkan verir. Adi ququ quşu hər yuvaya bir yumurta qoyur, mövsüm boyu isə 20 yumurtası olur. Ququ quşları cəmi 150 növ quşun yuvasına yumurta qoyur, ancaq hər dişi təkcə bir neçə növ quşun yuvasını seçir.


Cənubi Amerika meşələrində Amazon çayı boyunca qoasin adlı qəribə quş yaşayır. Yaxın vaxtlara qədər bu quşları toyuqkimilər dəstəsinə aid edirdilər. Ancaq indi alimlər hesab edirlər ki, onlar ququ quşlarına aiddirlər. Bu quşlar pis uçur, ancaq ağacdan-ağaca qona bilirlər.


Qoasinlərin balalarının bir qəribə xüsusiyyəti vardır. Onların hər bir qanadında inkişaf etmiş caynağı vardır ki, onun köməyi ilə ağaca dırmaşırlar. Yaşlı quşlarda bu caynaqlar sonradan itir.


Bananyeyənlər və yaxud turakolar Afrikanın tropik meşələrində yaşayırlar. Onlar yuvalarını özləri tikir və balalarını yemləyirlər. Bananyeyənlər bitki və meyvə ilə qidalanırlar. Adları bananyeyən olmasına baxmayaraq, onlar banan yemirlər.


Ani-ququ quşu Cənubi Amerikada yaşayır. Onlarla quş ağacda yuva qurur, oraya 15-20 yumurta qoyur. Və eyni zamanda bir neçə quş bu yumurtaların üstündə oturur.