YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qrim

Qrim — rəssamlıqla bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır.

 

Artist yeni rola hazırlaşır. Artıq kostyum seçilib. İndi üzü “dəyişdirmək” lazımdır. Artist özünə parik, müxtəlif formalı bığ-saqqal seçir, xüsusi plastilindən burun, pambıqdan yanaq yapışdırır. 


Sonra o, qrim rənglərinə keçir. Əvvəlcə artist (ya da ki, qrimçi rəssam) üzünə “ümumi ton” çəkir: üz ya qocalır, ya cavanlaşır, ya ağarır, ya da tündləşir. Sonra üzə istənilən ifadə vermək üçün (məsələn, məğrurluq, nəciblik, axmaqlıq) gözün, qaşların, dodaqların cizgiləri çəkilir. 


Görkəmli müğənni və aktyor F.İ.Şalyapin bütün yaradıcılığı boyu Qunonun “Faust” operasında Mefistofelin rolunu oynayıb. Gənc yaşlarında Şalyapin bu rolda tamaşaçılara yaxşı tanış olan adi şeytan kimi qrimlənirdi. İllər ötdükcə artistin istedadı daha parlaq şəkildə özünü büruzə verir, onun ifa etdiyi obrazlar daha ifadəli olurdu. Eyni zamanda, qrim də dəyişirdi. Nəhayət, onun Mefistofeli insan şəklinə girmiş müdhiş iblisə çevrilmişdi. 


Şərqin bəzi teatrlarında aktyorlar qrim əvəzinə hazır maska taxır, yaxud üzlərini maska kimi qrimləyirlər. 


Azərbaycanda qədim xalq tamaşalarında (“Kos-kosa” və s.) sadə qrimdən (saqqal, müvafiq kostyum və s.) istifadə edilirdi.


Sirk artistləri də qrimdən istifadə edirlər. Qar kimi ağ yanaqlarında qırmızı üçbucaq çəkmiş, dodaqlarını al qırmızı boyamış, başlarına sarı-qırmızı parik qoymuş klounları hamı yaxşı tanıyır. Belə qrim-maska onlara daha komik görkəm verir, tamaşaçıları güldürür.