YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əncir

Uşaqlar, siz qalın, həm də dilimli yarpaqları olan əncir ağacının tünd-yaşıl, xırda, kal meyvələrinə baxanda heç fikirləşməzsiniz ki, bu kal meyvələr böyüyəcək, yetişəcək və ləzzətli, şirin, yumşaq, sapsarı əncir olacaqdır. Əncir ağacı başqa meyvə ağaclarından çiçək açmaması ilə fərqlənir. Onun çiçəyi budaqlarındakı xırda, kal meyvələrin içərisində olur. Əncir şüası bol olan yerlərdə yetişir. Onu kiçik qələmlər basdırmaqla artıra bilərsiniz. Təkcə sarı rənglimi?! Qara, bənövşəyi rəngli əncirlər də olur. Ənciri yəqin ki, hamınız xoşlayırsınız. Onun ağacının hündürlüyü 4-8 metr, gövdəsinin diametri 20-40 santimetr olur. Əncir ağacı 100-200 il yaşayır, 2-3 yaşından 80 yaşınadək meyvə verir. Hər ağacdan 20-100 kiloqram məhsul yığılır. Əncir ağacının 600 növü var. Hələ qədimdən Azərbaycanda yerli əncir sortlarından buzovburun, qara əncir, qara payız ənciri, sarı payız ənciri, sarı əncir becərilir. Bunlar müxtəlif ölkələrdə, məsələn, Aralıq dənizi sahillərində, Türkiyədə, İranda, Şimal-Qərbi Hindistanda, Cənubi Qafqazda, Orta Asiyada bitir. 


Azərbaycanda isə Abşeronun sarı ənciri yüksək keyfiyyətli və ən dadlıdır. Ağsaqqal adamların dediyinə görə, pəhləvanlar güləşməyə başlayanda əncir yeyərdilər ki, qüvvətli olsunlar. Novruz bayramında xonçaya quru əncir qoyulur. Əncir mürəbbəsi və cemi də çox dadlıdır. Ondan bəhməz də bişirirlər. Əncirin tərkibində C, B, B2 vitaminləri var. Quru ənciri süddə isladıb içdikdə öskürəyi kəsir, sinəni yumşaldır.