YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sürünənlər

Sürünənlər milyon illərdir ki, yaşayırlar. Onların əcdadı suda və quruda yaşayan amfibilər olub. Ancaq onlardan fərqli olaraq, sürünənlərin dərisi yumurtalarının qabığı kimi bərk olur. Bu uyğunlaşma onlara su mühitindən çıxıb çoxsaylı yaşayış yerlərini öyrənməyə imkan verdi. Hazırda yaşayan sürünənlərin 4 dəstəsi- tısbağalar, timsahlar, dimdikbaşlar (hatteriya) və pulcuqlular (kərtənkələ və ilanlar)-öz ölçü və quruluşu ilə fərqlənir. Ancaq onlar bir sıra ümumi xüsusiyyətlərə də malikdirlər. Bir qayda olaraq, onlar qururda yaşayır və onurğalılara aiddirlər. Pulcuqlarla örtülmüş dərisi onları quruluqdan və yırtıcılıqdan qoruyur. Sürünənlər soyuqqanlıdırlar və bədənlərinin qızdırılması isti səthlərin olmasından və günəşdən asılıdır. 


Əcdadları amfibilərdən fərqli olaraq, sürünənlərdə daxili mayalanma gedir. 


Embrionun (rüşeymin) böyüməsi üçün lazım olan oksigen, yumurta qabığının düz altında yerləşən xorion vasitəsilə yumurtaya daxil olur. Yumurta sarısı torbası dölü qidalandırır, tullantılar isə allantoisə yığılır. 


Dəniz tısbağaları sürünənlərə aiddir. Onların bəzisi saatda 29 km üzməyə qadirdir. Qara mamba saatda 11 km sürətlə hərəkət edir və quruda ən sürətli sürünən sayılır. Qalapaqos adalarından olan nəhəng tısbağa ən ləng sürünənlərdəndir. O, gün ərzində orta hesabla 6,4 km yeriyir. 680 kq çəkisi olan qalınqabıq tısbağa ən ağır sürünəndir. Ən uzun sürünən 11 metrlik anakonda, ən kiçik və yüngül sürünən isə uzunluğu 3,5 sm olan hekkondur.


6500 növ sürünənlərin 3750-si kərtənkələlər, 2380-i ilanlardır. Yerdə qalanları tısbağa, hatteriya və timsahlardır. Timsahlar dənizlərdən tutmuş bataqlıq və çaylaradək, cəngəllik və səhralarda yaşayırlar.