YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Neptun

Neptun günəş sistemimizdə ən sonuncu, səkkizinci planetdir. Yerlə müqayisədə günəşdən 30 dəfə uzaqda (30 astronomik vahiddə) yerləşir. 1846-cı ildən bəri Neptun 2011-ci ildə ilk dəfədir ki, orbitində bir dövrə vurdu.


Neptun günəşdən o qədər uzaqda yerləşir ki, günorta vaxtı planet bizə kölkə kimi görünə bilər.


İlk dəfə idi ki, astronomlar nəhəng Neptunun mövqeyini riyazi əməliyyatlar vasitəsilə müəyyən etmişdilər. Planeti 1846-cı ildə Johann Galle kəşf etmişdir. Planet dəniz allahının adını daşıyır.


Ölçü və Məsafəsi


Radiusu 24,622 mil olan Neptun yerdən təxminən 4 dəfə böyükdür. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Neptun beysbol topu boyda olardı.


4.500 milyon km məsafədən Neptun günəşdən 30 astronomik vahiddə yerləşir. Bir astronomik vahid (qısaca AV) Yerdən Günəşə qədər olan məsafədir. Bu məsafədən işıq 4 saata Neptuna çatır.


Orbiti və Oxu Ətrafında Fırlanması


Neptunda bir gün 16 saata bərabərdir. Günəş ətrafında orbitini 165 ilə başa vurur.


Hərdən Neptun cırtdan planet olan Plutondan da o tərəfə gedib çıxır. Plutonun oval orbiti onu Neptunun hüdudlarına gətirib çıxarır. Bu hadisə 20 ildən 248 il arası baş verir. Bu zaman Pluton Günəşə Neptundan da yaxın məsafədə olur. Və bu hadisə 1979-cu ildən 1999-cu ilə qədər baş vermişdir. Pluton Neptunla heç vaxt toqquşa bilməz.


Neptunun oxu üzərində fırlanması 28°-dir. Bu cəhət onu Marsa və Yerə bənzədir. Bu o demıkdir ki, Neptunda Yerdəki kimi ilin fəsilləri baş verir. Ancaq Neptunda il uzun olduğu üçün hər fəsilin payına 40 il düşür.


Yaranması


Neptun formalaşması günəş sistemimizin 4.5 milyon il bundan öncə yaranmasına təsadüf edir. Yaxın qonşusu Uran kimi də bu planet çox guman ki, Günəşin yanında formalaşıb sonradan yerini dəyişmişdir. Bu hadisə 4 milyon il bundan öncəyə gedib çıxır.

 

Neptunun sərt səthi yoxdur. Onun sıx atmosferi planetin səthində olan suya qarışmışdır.


Atmosfer


Neptunun atmosferi əsasən hidrogen, helium və bir az da metandan ibarətdir. Neptunun qonşusu olan Uran tərkibində olan metan qazın nəticəsində mavi rəngə çalır, amma Neptun daha parlaq tünd göy rəngdədir. Ola bilsin planetin tərkibində qeyri müəyyən bir element var ki onu belə canlı edir.


Baxmayaraq ki, planet uzaq məsafədə yerləşir, günəşdən az qidalanır orada olan küləklər Yupiterdən üç dəfə, Yerdən isə doqquz dəfə güclüdür. Bu küləklər atmosferdə olan donmuş buludları saatda 2,000 km-də ora-bura dağıdır. Yerdə isə ən güclü küləklər saatda 400 km-ə çatır.


1989-cu ildə “Böyük tünd ləkə” adlı oval şəklində olan nəhəng bir qasırğa bütün Yeri örtə bilərdi. Bu qasırğa o vaxtdan yox oldu amma əvəzində planetin müxtəlif yerlərində yeniləri yarandı.

 

 

Neptunun 13 tanıdığımız peyki və öz təsdiqini gözləyən daha bir peyki vardır. Neptunun ən böyük peyki olan Triton 10 oktyabr 1846-ci ildə William Lassell tərəfindən kəşf olunmuşdur. 17 gündən sonra isə Johann Gottfried Galle planeti kəşf etmişdir. Neptuna yunan mifologiyasında olan dəniz allahın adı verildiyi üçün, onun peyklərinə də kiçik dəniz allahların və ninfaların adları verilmişdir.


Triton günəş sistemimizdə ən böyük peykdir. Belə guman olunur ki, bu peyk sərbəst göy cismi idi sonradan isə Neptun onu öz cazibəsinə almışdı. Triton çox soyuq bir peykdir. Onun səthində hərarət –235°-yə enir. Amma Tritonun belə donmasına baxmayaraq Voyacer 2 orada geyzerlər aşkar etmişdir.


Halqalar

Neptunun məlum olan 5 halqası vardır. Bu halqalar planetə yaxın məsafədə dururlar. Adları alimlərin adlarını daşıyır: Galle, Leverrier, Lassell, Arago və Adams. Neptunun bu halqaları çox gəncdir.
Neptunun halqaları maraqlı qruplaşıblar. Onlara Azadlıq, Bərabərlik, Qardaşlıq və İgidlik adları verilmişdir.


Maqnitosfer


Burada maqnitosfer planetin fırlanma oxundan 47° fərqlidir. 60° olan Uranın maqnitosferi kimi də Neptunun da təbiətində oxu ilə maqnetik sahə uzlaşmadığı üçün dəyişikliklər baş verir. Neptunun maqnetik sahəsi Yerinkindən 27 dəfə güclüdür.