YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hatteriya

Hatteriya və yaxud tuatara 240 milyon il ərzində, demək olar ki, dəyişməmişdir. Onu çox vaxt “canlı qazıntı” adlandırırdılar. O, Yeni Zelandiyanın bir neçə kiçik adasında yaşayır, müasir kərtənkələ və ilanların qohumu sayılır. Boz, sarı-yaşıl və yaxud qırmızı rəngli hatteriya iquananı (ağac kərtənkələsi) xatırladır, ancaq kərtənkələ deyil. Tuataraların 2 növü dimdikbaşlılar dəstəsinin yeganə canlı nümayəndəsidir. Bu xırda və orta ölçülü sürünənlər dinozavrların dövründə bütün dünyaya yayılmışlar. Ancaq 60 milyon il əvvəl Yeni Zelandiyadan başqa hər yerdə onların kökü kəsilmişdir. Yeni Zelandiyalı maorilər bu heyvanı ilk dəfə gördükdə “tuatara”, yəni “belində şimşək” (erkəklərin belindəki darağın iri tikanlarına görə) adlandırmışlar. Tuataralar yuvalarda yaşayır, molyusk, yerqurdu və həşəratlar yeyir, eləcə də,kiçik kərtənkələ və quş balalarını ovlayırlar. Qurbanlarını tutub, üçkünc dişlərinin köməyi ilə parçalayırlar: kərtənkələrin dişlərindən fərqli olaraq, tuataraların dişləri çənələrinə sıx bərkidilib.


Erkək tuataranın boyun tikanları daha iridir. Onlar dişlərindən iki dəfə ağır və böyükdür, çəkiləri isə 1 kq-a qədərdir. Erkək 60 sm-ə qədər böyüyür, bu isə dişinin maksimal ölçüsündən 15 sm böyükdür.


Tuataralar ləngdirlər. Qurbanları onlara yaxınlaşmayana qədər hərəkətsiz dayanırlar. 


Şimaldan fərqli olaraq, cənubda hatteriyalar daha sərin yerlərdə yaşayır və ağır-ağır yeriyirlər. Onların nə qədər yaşaması dəqiq bilinmir, ancaq 120 ilə qədər yaşadıqları ehtimal olunur.