YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Trevi fəvvarəsi

Trevi fəvvarəsi dünyanın qədim tarixə malik şəhərlərindən olan Romada yerləşir.

 

1732-1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilən fəvvarənin hündürlüyü 25,9 metr, eni 19,8 metrdir. Dünyanın ən məşhur fəvvarələrindən biridir. 

 

Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (üç yol) adlandırılıb. Trevi fəvvarəsinin tarixi imperator Avqustla əlaqəlidir. Avqustun kürəkəni Aqrippa "Qız bulağı"ndan Panteona su arxı çəkdirib. Orta əsrlərə qədər fəaliyyət göstərən bu arx XII əsrdə papa VIII Urban və XV əsrdə papa V Nikolay tərəfindən təmir etdirilib. Trevi fəvvarəsi ilə bağlı bir inam mövcuddur ki, kim fəvvarəyə başı üzərindən xırda pul atarsa, Romaya bir daha səfər edəcək. Hər bir insanın yaşam boyu mütləq səyahət etməsi gərəkən məkanlardan biridir.