YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Salamzadə Qəmər

Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi Qəmər  Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb. 


1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası Əliqulu Qəmküsar 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xəttli "Molla Nəsrəddin" jurnalı görən, Naxçıvanın, Tbilisinin ədəbi mühitlərində böyüyən Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar.  

 

Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Qəmər Salamzadə öz töhfəsini verə bilib. Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaratmışdır. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olmuşdu.Qəmər xanım əri, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır.

 

O, 1994-cü ildə 86 yaşında vəfat etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmışdır.