YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tornado

“Tornado” sözü ispan dilindən gəlir və dövriyyə mənasını daşıyır. Beləliklə, tornado güclü və qorxulu hava sütunudur, hansı ki dairəvi hərəkət edir və həm də müxtəlif istiqamətdə yerini dəyişir.

 

Bir nəzərdən, tornado qıfa bənzəyir, yerin səthinə yaxınlaşır, onun ensiz boğazı var, yuxarı qalxanda isə daha da genişlənir və böyüyür. Bu ensiz boğazı ilə tornado yerdə yoluna çıxan hər şeyi  sovurur. Siz təsəvvür edin ki, hətta maşın və böyük bloklar kimi ağır əşyaları da sovurur.


Sovrulmuş əşyaları da havada hərləyir və sonda məhv edilmiş zədələnmiş vəziyyətdə harasa atır. Tornado insanları sovura, evləri də uçura bilir. O, həqiqətən də çox güclü və qorxuludur.

 

Maraqlıdır ki, tornado necə yaranır və onun bu gücünə səbəb nədir?

 

Sən demə, tornado buludların toqquşması nəticəsində yaranır. Bu zaman böyük qüvvə yaranır. Tornado yerdə də yarananda onun bu gücü olur və  buna görə də hər şeyi sovura bilir. Tornadolar müxtəlif formada və ölçüdə olurlar. Bəziləri böyükdür, bəziləri – daha kiçik, bəziləri çox güclüdür, bəziləri – orta və əhaliyə güclü ziyan vurmur... Tornadonun orta uzunluğu 80 metrdir. Ən təhlükəli tornado yerdə 3 kilometr uzunluğunda idi.


Tornadolar əsasən erkən yayda və yayın sonunda yaranırlar. Yayın sonunda daha çox su tornadoları yaranır və onu Amerikada “su şalvarı” adlandırırlar.


Daha çox tornado Amerika Birləşmiş Ştatlarının qərb hissəsində yaranır, sonra Argentinada, Orta və Cənubi Avropada, Cənubi Afrikada, Benqaliyada, Yaponiya və Avstraliyada. Eləcə də nisbətən yüngül tornadolarla Florida və Britaniya adaları zəngindir.


Tornadolar haqqında alimlər artıq çox şey bilirlər. Onun sürətini, onun uzunluğunu da təyin edirlər. Alimlər əvvəlcədən əhalini gözlənilən  tornado haqqında xəbərdar edə bilərlər, amma heç bir alim onun qarşısını ala bilməz, çünki tornado təbii haldır və insan onun qarşısını ala bilməz. Amma insan tornado zamanı xilas ola bilər: doğrudur, o çüx güclü və sürətlidir, amma onun çox ensiz boğazı var və əgər insan yaxşı müşahidə edərsə, o zaman onun hərəkət istiqamətini tapa bilər. Sonra tez istiqamətini dəyişib “sovrulmadan” xilas ola bilər.