YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kral kobrası

Kral kobrası – nəinki dünyanın ən gözəl və yaraşıqlı ilanı, eyni zamanda, öz cinsinin ən ölümcül təmsilçisidir. Kral kobrası (lat. Ophiophagus hannah və ya Naja bungarus) — dünyanın ən uzun zəhərli ilan növüdür. Orta uzunluğu 2-4 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ, Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də təşkil edir. 


Kral kobrası iri və güclü ilandır. Erkək kobralar dişilərinə görə daha böyük və daha qalındır. 


Kral kobrasının dərisi yaşımtıl, narıncıya bənzər, yaxud qara olub açıq yaşıl rəngli zolaqlar bədəni boyunca uzanır. Qarnının alt hissəsi krem və ya açıq sarı rəngdə olur. Pulları düzgündür. İndoneziyada olan növləri daha qara və tünd qəhvəyi rəngdədir. Yetkin ilanın başı olduqca böyük və ağır görünür. Buna görə də digər ilanlar kimi, onlar da çənələrini genişlədərək ovlarını uda bilirlər. Kral kobrasının ağzının ön tərəfində zəhər kanallarının olduğu iki kiçik zəhər dişi vardır. Bu növlər orta hesabla 20 il yaşayırlar və hər il 30 sm-ə qədər böyüyə bilirlər.


Kral kobrası hücum zamanı zəhər vəzilərinin kanallarını əzələlər vasitəsilə bağlamaqla tənzimləyir. Baxmayaraq ki, bir kral kobrasının zəhəri 20 insanı öldürə biləcək miqdardadır, bir çox hallarda ilan sadəcə zəhər buraxmadan dişləməklə insanı qorxutmağa cəhd edir. Görünür zəhərin təsadüfi və lazımsız yerə istifadə olunması onun üçün arzuolunmazdır. Bu, hər şeydən əvvəl ov zamanı zəhərin ilan üçün mühüm əhəmiyyət kəsb etməsinə görə ola bilər.


Kral kobrasının zəhəri əsasən sinir sisteminə təsir edir.


Birinci sancma zamanı zəhərlənmədə insan ölümlə üzləşə bilər. Bu halda ölüm ehtimalı 75%-dən artıq ola bilər. Lakin kral kobrası dişləmələrinin ümumi statistikası onu göstərir ki, ilan sancmalarının cəmi 10%-i insan ölümünə səbəb olur.


Bəzən kral kobrası sancdıqdan dərhal sonra hətta Hindistan fili də ölmüşdür. Hindistanda kral kobrası sancmalarından ölənlərin sayı çox azdır. Baxmayaraq ki, burada hər il zəhərli ilanlar 50000-ə yaxın insanın həyatına son qoyur.


Yetkin ilanlar dərisini ildə dörd-altı dəfə, gənc ilanlar isə hər ay dəyişir. Dəri çıxarma prosesini sürətləndirmək üçün kral kobra özünü ağac və ya daşa sürtür. Dəri çıxarma prosesi tamamilə başa çatdıqda, kobranın nəinki yeni dərisi, hətta yeni dişləri, gözləri, dilinin ucu belə təzələnir. Belə bir ümumi yeniləmədən təxminən on gün sonra kral kobra çox zəif görmə qabiliyyətinə malik olur, ancaq tədricən kobra yüz metrdən artıq məsafədə olan obyektləri görməyə başlayır.