YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Alpinizm

Əzəmətli dağlar aləmi. Uca qayalar. Gözqamaşdıran buzlaqlar. Hər tərəf ağappaq qar. Ətrafdakı sükutu hərdənbir qar uçqununun qopardığı gurultu pozur. Bütün bunlar çox qeyri-adidir. Min illərlə bu sirli aləm insanları özünə cəlb etmişdir. Çoxları qarlı zirvələri fəth etməyə səy göstərmiş, lakin müvəffəqiyyətsizliyə uğramışdı. 


İki yüz ildən də çox müddət bundan əvvəl iki nəfər isveçrəli Alp dağlarındakı Monblan zirvəsinə qalxa bilmişdi. O vaxtdan uca zirvələrə qalxmağı alpinizm adlandırmağa başlayıblar.


Alpinizmlə cəsur, dözümlü, mərd adamlar məşğul olurlar. Yalnız belə adamlar sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış  çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilər. 


Birdən-birə alpinist olmaq mümkün deyil. Əvvəlcə uzun müddət inadla məşq etmək, marşrutları öyrənmək, kiçik zirvələrdən başlayıb get-gedə daha uca zirvələrə qalxmağı öyrənmək lazımdır. Yalnız bunlardan sonra ən uca zirvələri fəth etmək olar. 


Alpinistlər insan ayağı dəyməyən yerlərdən keçirlər. Dağlarda bədbəxt hadisə baş vermişdir. Ən müasir helikopter də düz divara oxşar sıldırım yamaca enə bilməz. Heç bir avtomobil, traktor buzlaqların dərin uçurumlarından keçə bilməz. Yalnız alpinistlər bu çətin işin öhdəsindən gəlməyə qadirdirlər. Onları ölüm təhlükəsi gözləsə də, həmişə dara düşən adamın köməyinə tələsirlər. 


Alpinistlərin xüsusi ləvazimatı var: küləkdən, yağışdan və qardan qorunmaq üçün xüsusi geyim, altı diş-diş ayaqqabı, buz baltası, ayaqqabılara bərkidilmiş xüsusi qırmaqlar, qayalara və buzlaqlara keçirilən qırmaqlar, çəkiclər, çadırlar, yataq kisələri...


Alpinistlər çox vaxt idman məqsədilə zirvəyə qalxarkən elmi tədqiqatlar da aparırlar. Onlar uca dağ meteostansiyalarında  işləyir, dağlarda su-elektrik stansiyalarının tikilişində iştirak edir, 7 min metrdən hündürdə müxtəlif aparatlar yerləşdirirlər.