YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kanayma Milli Parkı

Kanayma Milli Parkı — Venesuelanın cənub-şərqində Bolivar ştatında yerləşir, Braziliya və Qayana ilə sərhəddədir.


Sahəsi 3 milyon hektar olan milli park 12 iyun 1962-ci ildə təsis edilib. Sahəsinə görə Venesuelanın ən böyük ikinci (Parima Tapirapeko Milli Parkından sonra), dünyanın isə ən böyük yeddinci milli parkıdır. Görünüş baxımından Kanayma, Cənubi Amerikada parkların birincisidir.


Milli parkın sahəsi Belçika və ya ABŞ-ın Merilend ştatı qədərdir.


Buradakı dik qayalar və şəlalələr (1002 metr hündürlüyü ilə dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi də daxil) valehedici mənzərələr yaradır.

 

Milli park Karib linqvistik qrupuna daxil olan Pemon hindularının məskənidir. 

 

1994-cü ildə Kanayma Milli Parkı sıldırım relyef forması olan tepuilərə görə YUNESKO-nun Dünya irsi siyahısına salınıb.


Qoruğun ərazisindəki iqlim nəmli tropikdir, tez-tez yağış yağır. Ən quraq mövsüm isə dekabrdan aprel ayına qədərdir.

 

Parkı, ölkənin əsas turistik mərkəzlərindən olan məşhur Anhel Şəlaləsinin "qapısı" adlandırırlar.