YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Eben

Dünyada ən bahalı ağac – 1 kubmetrinin qiyməti təxminən 100 min dollara satılan “Eben” ağacıdır. “Qara ağac” kimi də tanınan Eben ağacı  Afrika, Cənubi Asiya və Hindistan tropik meşələrində böyüyür.  Eben - tropik ağac sayılan Xurma (Diospyros) növünə aiddir. Ağacın daxili hissəsi əsasən qara rəngdə olur. Çox möhkəm və suyadavamlı ağacdır. 

 


Qədim Misirdə bir Eben ağacı qızıl qiymətə bərabər idi. Hətta Firon Tutanxamonun qəbrində Eben ağacından hazırlanmış əşyalara rast gəlinib. 

 


Qədim zamanlarda ağac şəfa gətirən hesab edilirdi. Ondan ilan zəhərini neytrallaşdırmaq gücünə malik olan dolçalar hazırlanırdı. Eben ağacının bir parçasını bədənə faydalı təsir etsin deyə yeməklə birgə yeyərdilər.

 


Ebendən hazırlanan silahların - zəfər qazandıracaq və pis ruhları qorxutmaq gücünə malik olduğuna inanılırdı. 

 


Ağac çox yavaş böyüyür, 10 metr hündürlüyə çatır və eni bir metrdən çoxdur. Onun qabığı mebel istehsalında istifadə edilmir, lakin Afrikalılar tərəfindən müalicə məqsədilə və dini mərasimlərdə istifadə olunur.