YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zəhərli ilanlar

Bəzi ilanlar öz xüsusi dişləri ilə qurbanını çalıb zəhəri ilə öldürə bilir. Zəhər o qədər güclü olur ki, çalınmış heyvan bir neçə dəqiqəyə, hətta saniyəyə məhv olur. Zəhərli dişləri ağzının arxa hissəsində yerləşən ilanlar, bir qayda olaraq, insan üçün təhlükəli deyillər, çünki zəhərləmək üçün onlar qurbanlarını ağızlarının içinə yerləşdirməlidirlər.


Gürzə və zınqırovlu ilanlar, kobra və onların qohumlarından fərqli olaraq pusqudan ov etməyə üstünlük verirlər. Onlar maskalanıb heyvanın cığırları yanında bir neçə gün ərzində gözləyirlər.


Avstraliyalı xırda pulcuqlu ilan dünyada ən zəhərli ilan sayılır. Onun zəhəri o qədər güclü olur ki, 217000 siçanı öldürmək üçün bir damcısı kifayət edir.


Zəhərli dişləri arxada yerləşən ilanların zəhəri dişləri boyu şırımla keçib gedir.


Kobra və onun qohumları ağzının qabaq hissəsində yerləşən oyuq dişlərə malikdirlər.


Gürzə və zınqırovlu ilanların iri oyuq dişləri olur. Ağızlarını açarkən bu dişlər irəli çıxır. 


Zınqırovlu ilanın zəhəri, kobra və əksər ilanların zəhəri kimi bir o qədər də güclü deyil, ancaq tez təsir edir və qabaq dişlərlə çoxlu miqdarda yeridilir.