YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Məmmədquluzadə Həmidə

Zəmanəsinin görkəmli maarifçi ziyalısı olan Həmidə xanım Cavanşir tarixçi Əhməd bəyin ocağında 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində dünyaya gəlib. O, Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub.


Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Həmidə xanım, böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk olunub. Onun əlyazmaları dağıdılmış olsa belə böyük sərvət olaraq qalmaqdadır. 


Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.


2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponat sərgilənir.