YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tısbağalar

Tısbağalar 200 milyon il öncə əmələ gəlmişlər və o vaxtdan çox az dəyişmişlər. Onlar skeletlərinin tərkibinə sümük lövhələri daxil olan yeganə sürünənlərdir. Tısbağaların çoxu baş və ayaqlarını qının içərisinə çəkərək yırtıcıdan qorunur. Müasir tısbağalar başlarını qına çəkmək üsulu ilə 2 qrupa bölünürlər: 200-ə qədər düzboyunlu tısbağa növü başını qına çəkir. Afrika, Cənubi Amerika və Avstraliyada yaşayan 60-a qədər yanboyunlu tısbağa növü isə boyunlarını yana bükərək qının yuxarı hissəsinə doğru bururlar.


Tısbağaların qını quruluşuna, bərkliyinə və rənginə görə müxtəlifdir. Bütün tısbağalar yumurta qoyaraq, onları torpağa və yaxud quma basdırırlar. 


Yumurtadan çıxdığı gündən tısbağalar özləri öz qayğısına qalır.


İşıq saçan tısbağanın parlaq naxışı hündür və ağır qınını örtür. Tısbağanın qını onurğa və qabırğalarına bərkidilərək yuxarı hissəsi karapaks, aşağı hissəsi isə plastron adlanır. 


Dəniz tısbağaları molyusk, balıq və meduza, o cümlədən dəniz yosunları ilə qidalanırlar. Cavan quru yol tısbağaları qurd və həşəratdan başqa, otları da yeyirlər. Yaşıl tısbağalar ov üçün həddən artıq ağırdırlar, gül, meyvə və bitkilərlə qidalanırlar.


Qədim tısbağaların xırda dişləri olmuşdur, ancaq müasirlərdə bu yoxdur. Bitkinin hissələrini tutub dişləmək üçün, çənələrinin itiləşmiş uclarından istifadə edirlər. 


Quru yol tısbağalarının ayağı dıqnaqlı kolonşəkillidir, suda və quruda hərəkət edən bataqlıq tısbağalarının dırnaqlarının arası pərdəlidir, dəniz tısbağalarının ayaq əvəzinə kürəkləri vardır.