Dəniz tısbağaları
7 növ dəniz tısbağasının yastı sürüşkən qını və iri qabaq üzgəcləri olur. Onlar saatda 29 km-ə qədər sürətlə hərəkət edərək yırtıcılardan, məsələn köpək balığından qaçıb gizlənirlər. Tısbağalar balıq, meduza, yosun və yengəclərlə qidalanır, bəzən də suda üzən tullantıları qida bilib yeyirlər. Dəniz tısbağaları bütün həyatlarını tropik dənizlərdə keçirərək minlərlə mil üzürlər.
İlk cütləşmələri bir neçə yaşlarında baş verir. Hər il artma üçün tısbağalar eyni sahilə gəlirlər. Dişilər dərin oyuqlar qazaraq oraya 100-ə qədər yumurta qoyurlar. Dəniz tısbağalarının balaları çoxsaylı olur. Ancaq bunların həyatı təhlükə ilə doludur və onların ancaq az bir hissəsi sağ qala bilir. Yaşlı tısbağalar da çoxlu təhlükə ilə üzləşirlər. Onlar çox vaxt balıqçıların toruna düşüb, ətlərinə qınına görə məhv edilirlər.
Qalınqabıq tısbağa 300 m dərinliyə baş vura bilir. Bəzi tısbağalar polietilen paketləri meduza hesab edərək yeyir, nəticədə məhv olurlar.
Yaşlı tısbağalar suda çox qəşəng üzürlər, ancaq quruya yumurta qoymaq üçün çıxarkən çox böyük çətinliklə hərəkət edirlər.
Dəniz tısbağalarının böyük hissəsi sahilə cütləşmə yuva qurmaq üçün qayıdırlar. Dəniz tısbağaları sahildən kənarda cütləşirlər.
Bissa tısbağaları təhlükə altındadırlar, çünki qalxanları qiymətli bəzək sayılır.
02.03.2020