YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Meduzalar

Bağırsaqboşluqlular-çoxhüceyrəli heyvanlar içərisində ən sadəsidir. Onlar öz adlarını bədənlərində bir dəlik olduğuna görə almışlar- ağız və bir bağırsaq boşluğu. Bağırsaqboşluqlular sadə quruluşa malik olmalarına baxmayaraq çox müxtəlifdirlər. Bu, iki səbəblə izah olunur. Birincisi- bu heyvanlar çox müxtəlif koloniyalar təşkil edirlər. İkincisi, iri heyvanlar ya oturaq polip, ya da üzən meduzaformasına malik olurlar. 


Hamıya yaxşı tanış olan meduzalar bağırsaqboşluqlular sinfinə aiddirlər. Onların içərisində əlvan rəngli, qaranlıqda işıq saçan və böyük ölçülərə malik meduzalara rast gəlinir.


Bağırsaqboşluqlular arasında tək bir darağaoxşar dəstə vardır ki, bu dəstə üzvlərinin yandırıcı-sancan hüceyrələri yoxdur. Bu dəniz heyvanları yumşaq həlməşik bədənə malikdirlər. Əsasən onlar dərin sularda üzürlər, bəzi növləri isə su dibində sürünürlər. 


Darağaoxşar “venerin kəməri” şəffaf lentə oxşayır, uzunluğu 1 m-dən artıq olur.


Portuqaliya gəmiciyi və ya fizaliya isti dənizlərdə yaşayır. Bu qəribə heyvan mərcanlar kimi fərqli bağırsaqboşluqlular koloniyası orqanizmləridir. Lakin fizaliyada bu orqanizmlər bir-birindən çox fərqlənirlər, çünki onların hər biri öz funksiyasını yerinə yetirir. Üzgüçülər portuqaliya gəmiciyindən uzaq dururlar, çünki bu heyvanın hüceyrələrindəki zəhərin miqdarı çox böyükdür. Ona toxunduqda çox güclü “yanıq” almaq mümkündür. Bundan sonra insan yaxşı üzə bilsə də, su üzərində dayana bilməyib, asanlıqla bata bilər. 


Fizaliyanın zirvəsini əlvan rəngdə, hava ilə dolmuş qabarıq formalı bir vücud təşkil edir. Bu qabarıq forma yelkən rolunu oynayır. Fizaliya bu qabarıq formadan havanı buraxa və yenidən doldura bilir. Bu proses onu aşağı və yuxarı hərəkət etdirir. 


Qabarıq formanın altında qida, çoxalma və bütün koloniyanın müdafiəsini təşkil edən orqanizmlər yerləşmişdir. 


Bütün bu vücudu müdafiə edən-uzun sancan buynuzlarıdır.


Mərcanların da, meduzaların da və aktiniyaların da caynaqlı buynuzlarında öz ovunu iflic edən sancan hüceyrələr yerləşmişdir. Sancan hüceyrələr müxtəlif cür təsir edir. Bəziləri acıqlandıqda uzun tellərini ataraq öz ovunun bədəninə batırır. Bəziləri isə yenə uzun telləri atır, lakin bu vaxt ondan kəmənd kimi istifadə edirlər.


Okeanın dərinliklərində çoxlu sayda meduzalar yaşayır. Belə qaranlıq və soyuqda bitki və ya qida çatışmır. Buna görə də dərin sularda yaşayan heyvanların xüsusi uyğunlaşma qabiliyyəti olmalıdır ki, bu da onlara qida axtarışında kömək etməlidir. Bəs onda ən çox dərin sularda yaşayan meduzalar necə qidalanır?


Məsələ bundadır ki, onlar öz ovlarını təqib etmirlər, qaranlıqda işıq saçmaqla cəlb edirlər. İşıq saçan meduzaların ətrafına xərçənglər yaxınlaşan kimi yırtıcının zəhərli tellərinin arasına düşürlər.