YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çaytikanı

Zahiri görkəmi ilə murdarçanı xatırladan çaytikanı əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir, meyvələri ananas dadı verir. Quşlar onun meyvələrini xüsusilə çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yeyəndə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır.


İşıqsevən və soyuğadavamlı bitki olan çaytikanının 45 dərəcə və hətta ondan da aşağı şaxtaya davamlılığı onun şimal regionlarında yetişməsinə imkan verir. Bol orqanik maddələr və fosfor olan yumşaq torpaqlarda daha yaxşı yetişir. Bitkinin meyvə və yağının şəfaverici xüsusiyyəti aşkar olunandan sonra plantasiyalarda da yetişdirilməyə başlanılıb.


Təbii müalicəvi əhəmiyyətinə görə bir çox dərdin dərmanı olan çaytikanı iydəkimilər fasiləsinə aid zəngin vitaminli bitki növüdür. Avropadan Çinə qədər təbii şəkildə yayılan çaytikanı Orta Asiya, Sibir, Qafqaz və Rusiyanın Avropa hissəsinin çay vadilərində, çəmənliklərdə meşə ətrafı yerlərdə, hündür dağlarda və digər yerlərdə yetişir.


Çaytikanı bitkisinin hündürlüyü 7 m. olur, nadir hallarda 15 metrə çatır. Tikanlı budaqlara malikdir. Çiçəkləri kiçik və bircinslidir. İkievli bitkidir. Çiçəkləri yarpaqların qoltuğunda iki-iki, beş-beş yerləşirlər. Meyvələri çəyirdəkmeyvədir, budaqlara yapışmış vəziyyətdə olurlar. Dünya miqyasında çaytikanının 3 növü yayılmışdır. Dağ çaylarının məcralarında bitir. Çaytikanı toxumla və vegetativ üsulla çoxalır. Meyvələri yeyilir. Yağ almaq üçün becərilir. 


Çaytikanı meyvəsi giləmeyvəyə oxşayır. Sentyabr – oktyabr aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu üçün yetişmiş meyvələri bütün qış fəslində [mart – aprel ayına kimi] ağacda qala bilir. Meyvələri qızılı – sarı və ya çəhrayı – qırmızı rəngdə olur, dadı turşməzədir. Meyvəsi bir toxumludur.


Çaytikanı aprel-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, ətirli və sarı olur. Meyvələri avqust-sentyabr aylarında yetişir, fevral-mart aylarına kimi kolun üstündə qalır. Meyvəsi şirəli sarımtıl-narıncı və qırmızı rəngdədir. Meyvələri, əsasən girdə, oval və uzunsov formada olub, 0,5-1 sm uzunluğunda və 0,3-0,5 sm enindədir. Dadı şirin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu tünd qəhvəyi və parlaqdır.


Çaytikanı meyvəsi olduqca qidalıdır. Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele, püre, povidlo, marmelad, vitaminli çay, spirtli içki, nastoyka və likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər. Çaytikanından müalicəvi məqsədlə qədimdən istifadə edirlər. Müasir dövrdə onun meyvəsindən bir çox xəstəliklərə qarşı, o cümlədən avitaminoz, göz, diabet, qaraciyər, hipertoniya və qanazlığında geniş istifadə olunur. Meyvəsinin yağı yaraların sağalmasını sürətləndirir, dərini şüa zədələdikdə sağaldıcı təsir göstərir. Çaytikanı çox qiymətli bitki olduğu üçün onun tədarükünə və istifadəsinə ciddi fikir verilməlidir.