YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Leş çiçəyi

Titan arum (lat. Amorphophallus titanium) dünyanın ən böyük budaqlanmadan çiçək açan bitkisidir. Amorphophallus titanium yunan sözü olub, amorphous “formasız, şəkilsiz,” titan isə “nəhəng” deməkdir. Məşhur adı "titan arum" isə Hodg tərəfindən verilib.


Titan arum çürüməkdə olan ət, leş və cəsəd qoxusu verir. Buna görə də, ona cəsəd və ya leş çiçəyi deyilir.


Təkamül zamanlarından bəri bitkilərlə böcəklərin qarşılıqlı əlaqəsi var. Bitkinin bu cür qoxu verməsinin səbəbi, çürüyən ət qoxusu yaradan kimyəvi maddələrin, leş yeyən böcək və ağcaqanadları öz üzərinə çəkməsidir. 


Bu bitki yalnız qərbi Sumatra və qərbi Yavaya məxsusdur. Əhəngdaşı təpələrinin yağışlı meşələrinin açıq ərazilərində bitir. Buna baxmayaraq, bitki, dünyada botanika bağlarında və şəxsi kolleksiyaçıların bağlarında əkilir. Titan arumun hündürlüyü 3 m-ə qədərdir. İlk dəfə, 1878-ci ildə İtalyan botanist Odoardo Beccari, Sumatranı araşdırarkən Titan Arum bitkisini tapıb. Toxumları toplayıb Kyu Kral Botanika Bağına yollayıb. 


Bu növün ilk çiçəyi 1889-cu ilin oktyabrında Kyu Kral bağında açıb.