YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sehrli dovşan

Sehrli dovşan Ochotinadae fəsiləsinə aid məməlidir. Bu dovşan  dünyada yalnız Tyanşan dağlarında, Çinin şimal-qərbindəki Sinzyan vilayətində yaşayır. Alimlər tərəfindən nəsli kəsildiyi hesab edilən canlı, ilk dəfə 1983-cü ildə qoruğun meşəbəyisi Li Veydun tərəfindən tapılıb. Üç illik axtarışdan sonra Li və onun komandası heyvana tapıldığı ərazinin “Li Pika” adını verdilər. Li Pika 2014-cü ilin may ayına qədər qeydə alınmadı. 2015-ci ildə isə 29 fərdi aşkar edildi. 


Bilinməyən səbəblərə görə canlının sayı azalmağa başlayıb. Hətta alimlərin fikirlərinə görə, sayları artıq mindən azdır. Çox nadir canlı olduğundan onlara sehrli dovşan deyilir. İli pikalar biraz qısa-qulaqlı dovşana bənzəyir. Heyvanın uzunluğu 20.3–20.4 sm, çəkisi isə 250 q-dır. Tükləri rənglidir. Alnının və boynunun kənarlarında paslı-qırmızı ləkələr var. Son siyahıya almalar onu göstərir ki, Jilimalale və Hutubi dağlarının cənubunda ili pikaların kökü kəsilib.  2800-4100 m yüksəklikdə dağ yamaclarında yaşayan bu dovşanlar, otyeyəndir. Kəşf edildiyi gündən bəri sadəcə 29 fərdi görülən bu növün yaşadığı ətraf mühit və davranışları haqqında çox az məlumat var. Gündüz canlısı olmasına baxmayaraq, gecə fəaliyyətləri də var. İldə 1-2 bala verirlər. Ancaq balaların ölçüsü məlum deyil.