YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Molox kərtənkələsi

“Tikanlı Əjdaha” kimi tanınan Molox kərtənkələsi (Moloch horridus) - Avstraliya çöllərinin sakinidir.


Bu kərtənkələ adını 1841-ci ildə onu öyrənən tədqiqatçı Con Qreydən almışdır. Bütpərəst mifologiyasında, Molox bir tanrı idi, əfsanəyə görə, onun şərəfinə insanlar qurban edilirdi. Nəticədə Molox - pisliyin simvolu sayılır. Lakin bizim qəhrəmanımız tamamilə zərərsizdir. O, yırtıcılardan qorunmaq üçün belə qeyri-adi və zəhmli bir görünüşə sahibdir. 


Kərtənkələnin bədəni iti iynələrlə örtülüdür və o, bundan yırtıcıları qorxutmaq üçün istifadə edir. İynələrin ən böyüyü baş nahiyəsində hər gözün üstündə , boyunun yuxarı tərəfində və bədənin yanlarında yerləşir. Bu kərtənkələnin başqa qorunma üsulu isə maskalanmaqdır. Buqələmunlar kimi, ətrafdakı fon və temperaturdan asılı olaraq moloxlar rənglərini dəyişə bilərlər. İsti havalarda, kərtənkələlər sarı-qırmızı rəngə çevrilir, soyuq havada tünd zeytun və ya qəhvəyi olurlar. 


Molox kərtənkələsi səhər və günortadan sonra aktiv olurlar. Qida rasionunu yalnız kiçik qara qarışqalar təşkil edir, lakin ağır yük daşıyan qarışqalara dəymir.  Kərtənkələ gün ərzində 600 ilə 2500 arasında qarışqa yeyə bilər. Molox çox ləng  bir kərtənkələdir.


12-15 sm uzunluğunda olan bu kərtənkələnin bükülmüş geniş gövdəsi, quyruğu, kiçik başı və qısa barmaqları olan güclü ayaqları var. Bədənin rəngi bədən boyunca fərqlidir. 


Moloxlar Avstraliyanın quraq çöl ərazilərində çox qeyri-adi bir şəkildə bədənlərini su ilə təmin edirlər. Əvvəllər məhz amfibiya kimi bu kərtənkələlərin dəri vasitəsilə nəm udduğuna inanılırdı, amma bu belə deyil. Bədənin içərisinə daxil olan su kiçik dəri qatlarına daxil olur və kapillyarlar vasitəsilə ağıza daxil olur.


Özləri qazdıqları yuvalarda, tamamilə qumda dayaz bir dərinlikdə yaşayırlar. Qışda və çox isti yay günlərində, demək olar ki, yuvalarından çıxmırlar.


Yazda isə cütləşmə mövsümü başlayır və bütün kərtənkələlər tərəfdaşlarını axtarmaq üçün səthə çıxırlar. Burada onlar artıq "cütlərini" tapmaq üçün kifayət qədər uzun məsafələrə getməyə hazırdırlar.


Dişi moloxlar sentyabr-dekabr aylarında yumurta qoymağa başlayır. Bunu etmək üçün kiçik xəndəklər qazırlar. Yumurtaların sayı 10 ədəddən çox olmur. Torpağın altda yumurtaları gizlədirlər. 3-4 aydan sonra yumurtadan 6 mm uzunluğunda bala moloxlar çıxır.


Molox kərtənkələsi 20 il yaşayır.