YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İlbizlər

Molyuskaların ən böyük sinfi-qarınayaqlılar və ya ilbizlərdir. Bu molyuskalar dəstəsinin yeganə növüdür ki, quruya çıxmışlar. 


Dəniz və quru ilbiz çanaqlarının forma və rəngləri son dərəcə valehedicidir.


İlbizlərin düşməni çox olduğu üçün rənglər maskalanma rolunu oynayır. 


Qabarıq xətlər və qabırğa çanağı daha möhkəm edir. Buna baxmayaraq çanaq ağırlaşmır. Çanağı təşkil edən dövrələrin sayı 35-ə çata bilər. 


Tükcüklər, quruluşundan asılı olaraq tamamilə başqa funksiyaları yerinə yetirə bilər. Əgər çanağın üstündəki tükcüklər qısa və coddursa, onda onlar hər hansı bir yerdən yapışmaq rolunu oynayırlar. Bu da ilbizə maskalanmaqda kömək edir. Əgər tükcüklər əyilmiş, sıx və uzundursa, onda onlar hər hansı bir maneədən özlərini itələmək üçün yay rolunu oynayırlar. Rütubətli və yapışqan yerlərdə yaşayan ilbizlər belə tükcüklərin köməyilə həmişə təmiz qalırlar.


Qiymətli ilbizlər
Lap qədimdən molyuskalar insana tək qida kimi yox, zinət əşyası kimi də xidmət edir. Afrika və Amerikada ilbiz çanağından pul kimi də istifadə olunub. Sakit okean adalarının yerli əhalisi nassa ilbizinin çanaqlarını çoxmetrlik qaytanlara düzüblər və ondan boyunbağı kimi istifadə ediblər. Hətta XX əsrdə də Afrikada siprey ilbizinin çanağı “kauri” pulu kimi geniş yayılmışdır. Şimali Amerikada dəniz balıqqulaqları pul kimi istifadə olunub, hindular isə bussikon ilbizinin çanağını öz dəri vampuma-kəmərlərinə tikirdilər.


Bir hektar sahədə məskunlaşan ilbizlər öz bədənlərinə 100 litrə yaxın su ehtiyatı yığa bilirlər.

 

Üzüm ilbizlərinin gözləri buynuzları zirvəsində yerləşir. Bəzi növlərdə isə gözlər buynuzların özülündə olur.


Daxili  kisə spiralvari çanaqla örtülmüşdür.


Su ilə dolu canlı çən
Quru molyuskaların təbiətdə rolu çox böyükdür. Birincisi-onlarla çox sayda heyvanlar qidalanır. İkincisi-onlar yağış soxulcanları kimi çürümüş yarpaq və otları münbit torpağa çevirirlər. Üçüncüsü isə onlar bəzi yerlərdə su mənbəyi kimi sitifadə etmək üçün öz bədənlərinə su ehtiyatı yığırlar. Yəqin ki, kolların və otların üzərində sallanan ilbiz toplusuna rast gəlmisiniz. Bir hektar sahədə məskunlaşan ilbizlər öz bədənlərinə 100 litrə yaxın su ehtiyatı yığa bilirlər. Belə görünür ki, kərtənkələlər, ilanlar, quşlar və kiçik heyvanlar bu ilbizlərlə qidalandıqda molyuskalar onlara bərabər su da verir.