YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hörümçəklər

Hörümçəklərin bütün növləri eyni bədən quruluşuna malikdirlər və çox asan tanınırlar. Baş-bədənin qabaq yarımhissəsində beyin, çənə, 8 göx və ayaqlar yerləşmişdir. Arxada isə ürək, tənəffüs və həzm sistemləri, cinsi orqanlar və tor toxumaq üçün toz vəziləri yerləşib. Zəif görmə qabiliyyəti toxunma hissiyyatı ilə əvəz edilmişdir.

 

Hörümçəklərin 4 cüt ayağı var, bu həşəratlardakından 1 cüt çoxdur. Hörümçəklərin çənəsində 2 iti caynaq var ki, onların da zirvəsində zəhər vəziləri yerləşir.

 

Ən zəhərli hörümçəklərdən biri qara dul hörümçəkdir. Cütləşmədən sonra erkək qaçmağa can atır ki, dişinin qurbanına çevrilməsin. Dişi erkəkdən iki dəfə böyükdür və erkəklərdən fərqli olaraq dişinin zəhəri zınqırovlu ilanın zəhərindən güclüdür.

 

Xaçlı hörümçək və ya bağça hörümçəyi hamının rast gəldiyi hörümçəkdir. Bu hörümçəkdə skeletin əvəzində bərk elastik zireh var. Böyüdükcə bu zireh partlayır və qabıq qoyma başlayır. Köhnə zirehin altından yenisi yaranır. Orta hesabla hörümçəklər bütün həyatı boyu on dəfə qabıq qoyur. Bütün hörümçəklər yırtıcıdır. Qurbanına hücum etdikdə hörümçək xəncərə oxşar iti caynaqlarını onun bədəninə sancır və iflic etmək üçün zəhər axıdır. Sonra o, ovunu həzm mayesilə isladır və yarıhəzm edilmiş dərini sormağa başlayır. “Tüfeyli hörümçəklər ” də var ki, onlar öz ovunu bitkilərdə və yerlərdə tuturlar. Lakin əksər hörümçəklər tor hörənlərdir. Onlar torlar çəkirlər və şikar özləri bu tora dəydikdə ona dolaşıb qalırlar.

 

Hörümçək torunu öz yuvasının ağzında, ağac və kolların budaqlarının arasında qurur. Tora düşən həşəratı hörümçək əvvəlcə torla sıx sarıyır və sonra sormağa başlayır.

 

Ən iri hörümçək tropik və subtropik ölkələrin sakini olan-quşyeyəndir. Onların zəhəri insan üçün zərərli deyil. Onlar yerdə və ağaclarda pusqular quraraq ov edirlər. Quşyeyənlər 25 ilə qədər yaşaya bilirlər. Onların bədənlərinin uzunluğu 7.7 sm-ə qədər olur. Bu hörümçəklər sıx və uzun tükçüklərlə örtülmüşdür ki, bu da onların xarici görünüşünü çox qorxunc edir.