YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kəpənəklər

Dünyada ən iri kəpənək Aprippadır. Onun qanadlarının qolaylanmış halda uzunluğu 30 sm-dir, lakin əlvan parlaq rənglərlə o, lovğalana bilməz.

 

Yarpaqşəkilli  kəpənək oturub qanadlarını yığdıqda tamamilə görünməz olur, rəngi və rəsmlərilə quru yarpağı xatırladır. Kəpənəklərin qandalarının qəribə çalarlığı rəngdən və xallardan yerləşməsindən asılıdır. Bundan başqa, qanadlarda işıq şüalarını sındıran rəngsiz pulcuqlar var, bunlar da qanadlara metal parıltısı verir. Bəzən qanadların forması yad gözlərdən gizlətmək vəzifəsini yerinə yetirir. Məsələn, Cənub-Şərqi Asiyanın tropik meşələrində məskunlaşan yarpaqşəkilli kəpənəyi göstərmək olar.

 

Kəpənəklərin parlaq qanadlarının üstü portnyorları cəlb etməyə xidmət edir və onu əhatə edən çiçəklərin rənginə uyğun olur. Ən iri və parlaq kəpənəklər Amazonka sahillərində tropik meşələrdə yaşayırlar. Menelay morfo kəpənəyinin qanadların qolaylanmış halda uzunluğu 18 sm-ə çatır. O, hündürdə ağaclar üzərində uçur və günəş işığında hər dəfə qanad çaldıqda, 300 m məsafədən görünür. Dünyada ən iri kəpənək olan Aprippa toranlıqda meşə üzərində uçur və rəngi sarıya çalır.

 

Bu nəhənglərin dişiləri erkəkləri südlü şokolad iyi ilə cəlb edir. Erkəklərin bığcıqları çox az miqdarda ifraz edilən bu iyli maddəni bir neçə km məsafədən duyur.

 

İpəkqurdu kəpənəyi ipək sapların hazırlanmasında 5 min ildir ki, insanlara xidmət edir. Yaraşıqsız bu kəpənəklər əhilləşdirildiyi üçün uçmaq qabiliyyətini itirmişlər. Onların tırtılları tut ağacının yarpaqları ilə qidalanır. Pupa çevrilməmişdən əvvəl tırtıl çox möhkəm sapdan 1 km uzunluğunda barama qurur. Müvafiq emaldan sonra baramanın dolağını açıb, külli miqdarda saplardan ipək parça toxuyurlar.

 

Bütün dünyada insanlarla qeyri-ixtiyarı bir yerdə məskunlaşmış kəpənəklərdən biri də paltar güvəsidir. Bu xırda kəpənəyin (qolaylanmış qanadlarının uzunluğu 1 sm) xortumcuğu inkişaf etməmişdir və o, demək olar ki, qidalanmır. Lakin onun tırtılı qüvvətli çənəyə malikdir və tükü, xəzi, dərini, quru əti, hətta sümüyü təsərrüfata ciddi ziyan vuraraq yeyir.