YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zarqanadlılar

Zarqanadlıları yüksək arktik en dairəsindən və Antarktikadan başqa, təbiətin hər bir güşəsində görmək olar. Bütün bizə məlum olan arılar, bal arıları, eşşəkarıları, qarışqalar, buynuzquyruqlular və mişarçı cücülər bu dəstə üzvlərinin tam siyahısı deyil. Onların 100 mindən çox növü məlumdur.

 

Bütün uçan zarqanadlıların iki cüt şəffaf, pulcuqlardan məhrum pərdəli qanadları var. Qabaq qanadlar arxadakılardan daha yaxşı inkişaf etmişdir. Qabaq qanadlar uçuş zamanı arxadakılara yapışır və onların sürətlə uçmağına şərait yaradır.

 

Ən ibtidai zarqanadlıların ağzı gəmiricidir. Lakin daha müasir növlərin ikinci çənəsi alt dodaqla birləşərək xortumcuq təşkil edir ki, bu da çiçək nektarlarının sorulması üçün bir vasitədir. Bununla bərabər boş qalan qüvvətli qabaq çənə ov etməyə və yuva tikməyə xidmət edir. Belə ağız quruluşu gəmirici-yalayıcı adlanır. Orta Avropa arısı nominin xortumcuğunun uzunluğu bədənin 2/3-nə bərabərdir. Uçuşda mane olmaması üçün bu xortuncuq qarının alt tərəfinə doğru qatlanır.

 

Yuxarıda sadalanan arılardan başqa çox sayda tək yaşayan arılar da mövcuddur. Bu arıların dişisi yuva qurur və gələcək sürfələr üçün burada qida ehtiyatı görür. Tək yaşayan arıların Avropada ən iri nümayəndəsi ksilokop (dülgər arı) ağaclarda yuva qurur və ağac içərisində uzun tunellər açır. Yazda qumlu yamaclarda yüzlərlə andren arısının yuvalarını görmək mümkündür. Çox sayda tək yaşayan arılar yuvalarını gildən düzəldirlər.