YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İctimai həşəratlar

Ailə və ya koloniya halında yaşayan həşəratları ictimai həşəratlar adlandırırlar. Belə həyat tərzinə iki dəstə nümayəndələri uyğunlaşmışdır: termitlər və zarqanadlılar (qarışqalar, eşşəkarıları və bal arıları). İctimai həşəratların ailəsində sayca ən çox yeri zəhmətkeş (işçi) və əsgər həşəratlar təşkil edir. Bunların hamısı bir və ya bir neçə çox nəsil verən dişinin və ya ananın sonsuz balalarıdır. Onlar ailədə müxtəlif işləri; qidanın tapılmasını, sürfələrin yemlənməsini, yuvanın tikilməsi və qorunmasını yerinə yetirirlər. Erkəklər (trutni) və cavan çox nəsil verən dişi (ana) yuvada ancaq ailənin inkişafının müəyyən vaxtında əmələ gəlirlər. Ailənin fərdləri arasında həmişə yüksək hissiyyat orqanı vasitəsilə məlumat mübadiləsi baş verir.

 

Termitlər və ya “ağ qarışqalar” tropik ölkələrdə yaşayırlar, bəzi növləri isə uzaq Şərqdə, Qafqazda, Ukraynada və Orta Asiyada məskunlaşıblar. Zarqanadlılar həşəratlardan fərqli olaraq, termitlərin inkişafı çevrilmə olmadan baş verir. Yumurtadan çıxan sürfələr artıq böyük termitləri xatırladır.

 

Əksər qarışqalardan fərqli olaraq, Cənubi Amerikada mülayim iqlimdə yaşayan yarpaqkəsən- qarışqalar bitkilərlə qidalanır. Özlərinin və sürfələrin qidalanması üçün onlar yeraltı yuvalarında yarpaqlardan xüsusi göbələk növü yetişdirirlər. Onların yuvaları 6 m dərinlikdə, çox böyük ölçüdə olur. Bu yuvalarda 2-3 min işçi fərd və bir ana yaşayır.

 

Ailədə işçi fərdlər ciddi surətdə müəyyən funksiyanı yerinə yetirirlər. Birinci dəstə yarpaqları kəsir, ikinci onları yuvaya daşıyır, üçüncü yuvanın ağzında bu yarpaqları qoruyur, dördüncü göbələklərin qeydinə qalır, beşinci ananı və sürfələri yemləyir, altıncı yuvadan zibilləri təmizləyir və s.

 

İşçi və əsgər termitlərin qanadları olmur, lakin çariça (ana) və çar (erkək) başqa yerlərə köçdükdə qanadlara malik olurlar. Termitlər ağac gövdəsi ilə qidalanırlar. Onlar ağacdan tikilən obyektlər üçün böyük təhlükədir. Bu həşəratlar çox mürəkkəb yerüstü və yeraltı yuvalar tikərək gizli həyat tərzi yaşayırlar.

 

Nəhəng tikililər içərisində ən çox tanınmış Afrika termitlərinin yuvalarıdır. Termit yuvalarının hündürlüyü 8-9 m-ə çatır.

 

Kürən meşə qarışqaları ən mühüm meşə müdafiəçisidir. Onlar bitkilərə zərər vuran müxtəlif ziyanvericilərlər qidalanırlar. Bu qarışqaların mürəkkəb quruluşa malik yuvaları vardır. Yuvanın hündürlüyü 10 m, diametri 2,5 m-ə çatır.

 

Qarışqa yuvasının günbəzi xırda budaqlardan və iynə yarpaqlardan ibarətdir, kənardan isə torpaq səngərlə əhatə olunmuşdur. Yayda günbəzin daxilində yumurtalar yerləşir. Günbəzin çox sayda girişləri var. Bu girişlər havadan asılı olaraq, işçi qarışqalara tərəfindən açılır və bağlanır. Ailənin qışladığı yuvanın yeraltı hissəsi günbəzin altında yerləşib, 1-1,5 m dərinlikdə olur.