YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fossa

Fossa Madaqaskar adasında yaşayan və adanın ən iri yırtıcı məməli heyvanıdır. Pişikkimilər dəstəsinə aid olan fossa cryptoprocta cinsinin yeganə nümayəndəsidir. Görünüşcə şirə bənzədiyindən yerlilər onu “Madaqaskar şiri” adlandırır.

 

Fossaların ayaqları uzun və güclüdür. Ön ayaqlar arxa ayaqlara nisbətən daha qısadır.

 

Fossanın bədəninin uzunluğu 65-80sm, hündürlüyü 37sm-ə qədər, quyruğunun uzunluğu 65 sm, çəkisi isə 7-12kq olur. 

 

Bəzən qida normasından artıq ov ovlayan fossaların qida rasionuna kiçik məməlilər, quşlar, sürünənlər aiddir. O, şikarını bogazından dişləyərək öldürür. 

 

Gündüz saatlarında yatıb, istirahət edir, gecələr isə şikarının ardıyca gedir.

 

Adətən tənha həyat tərzi sürən fossalar yalnız cütləşmə dövründə bir araya gəlirlər. 

 

Fossa 3 aylıq hamiləlikdən sonra 2-4 bala dünyaya gətirir. Yeni doğulmuş balanın çəkisi 100qr olur, gözləri görmür və dişsiz olur. Doğulduqdan iki həftə sonra bala fossalar yavaş-yavaş gözlərini açır və görməyə başlayırlar. Dörd ay ana südü ilə qidalanan balalar daha sonra ət yeməyə başlayır.

 

Aparılan araşdırmalara görə fossalar təqribi 16-20 il yaşayırlar.