YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İnsan üçün təhlükəli balıqlar

Marinka balığı kürü tökdüyü an onun kürüsü çox zəhərli olur. Bundan başqa, bu vaxt erkəyin də, dişinin də qara peritonu (qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa) zəhərli olur. Nəyə görə o, zəhərli olur, hələ tam aydın deyil. Bəlkə çoxalmanın bu məsuliyyətli vaxtında balıqların yırtıcılar tərəfindən yeyilməməsi üçün lazımdır. Maraqlıdır ki, bu balıqların bütün növlərinin peritonunun rəngi qara deyil. Həvəskar balıqtutanlar marinka balığının zəhərli xüsusiyyətlərini bilsələr də çox böyük məmnuniyyətlə onları tuturlar, lakin zəhərli hissəsini tullayırlar. 


İynəboyu uzununa şırım keçir ki, onun da dibində zəhər ifraz edən hüceyrələr yerləşib. İynə hərəkətsiz quyruğa birləşib, lakin təsadüfən skatı həyəcanlandırmaq lazım deyil, çünki o, cəld sürətdə quyruğunu qamçı kimi vuraraq insanın bədəninə zəhərli iynəsini batırır. 


Balıqlar arasında elələri də var ki, onlar insan üçün təhlükəlidir və hətta ölümünə bais olur. Özünü müdafiə üçün balıqlar iti tikanlarından, dişindən, zəhərindən və hətta elektrik cərəyanından istifadə edirlər.


Payaquyruq- skat quyruğunda haçalamış xəncərəoxşar iynələrə malikdir və buradan da öz adını almışdır. Payaquyruqlar dayaz yerlərə üstünlük verirlər və qumlu su dibində çox yaxşı maskalanırlar. Skatların zəhəri çox güclüdür, əsasən də, tropiklərdə yaşayanların. Belə zəhər iflic və güclü zəhərlənmə yaradır. Payaquyruq dəniz pişiyinin zəhəri tropiklərdəki qohumlarının zəhərindən zəifdir, Azov və Qara dənizdə rast gəlinir.


Elə balıqlar da var ki, qəlsəmə qapaqlarındakı və üzgəclərdəki iti iynələri ilə insanı zəhərləyir. Qırmızı dənizdə yaşayan skorpen balığına oxşar ziyilli balıq su dibində hərəkətsiz elə uzanır ki, başı və beli görünür. O elə maskalanır ki, onu görmək mümkün deyil. Əgər təsadüfən kimsə onu tapdalayarsa və ya narahat edərsə, o, möhkəm və iti bel üzgəclərini qaldırır. Bu üzgəclər hətta qalın rezin çəkmələri də deşməyə qadirdir. Ziyilli balığın bel üzgəclərində zəhərli vəzlər var. Üzgəclər bədənə batdıqda yaraya düşən zəhər güclü ağrı verir, iflic yaradır və hətta ölümlə nəticələnir.


İnsan üçün ən təhlükəli ağ akuladır. Onun uzunluğu 12 m-ə çatır. Onu adamyeyən akula adlandırılar. 


Yırtıcı akulalar yaxşı inkişaf etmiş iybilmə qabiliyyətinə malikdirlər, bu da onlara şikarı tapmaqda kömək edir. Məhz buna görə də onlar paltarlarına qan iyi hopmuş yaralı insanlara hücum edirlər. 


Amazonkada qorxulu yırtıcı kimi şöhrətlənmiş piraniya balığı yaşayır. Qan iyi almış piraniya sürüsü qısa müddət ərzində maral cəmdəyini elə cəldliklə yeyirlər ki, tək skeleti qalır. Maraqlıdır ki, piraniyanın bütün növləri yırtıcı deyil, elələri də var ki, onlar vegetariandır. 


Möhkəm və iti üçbucaq dişlər elə yerləşib ki, şikarın bədənindən əti qayçı kimi kəsirlər.


İnsan üçün təhlükəli balıqlardan xüsusi yeri zəhərlilər tutur. Xüsusilə onlar isti ölkələrdə çoxsaylı və müxtəlifdirlər. 


Yaponiyada dəniz sahillərində yaşayan fuqu balığı pis şöhrət qazanmışdır. Bu balıqların kürüsü, toxum vəziləri, ciyəri və dərisi zəhərlidir. Lakin Yaponiyada bu balığı hazırlayıb yeməyi öyrənmişlər, çünki bu balığın əti çox dadlıdır.