YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıqlar - ev heyvanı

Yaponiyada hətta karp balığına həsr edilmiş bayram keçirilir. Bu bayram “Oğlanlar günü” adlanır. Bu gün-5 mayda havaya karp formasında böyük parlaq çərpələnglər qaldırırlar.


Karp bəzi ölkələrdə, məsələn, Çexiya və Slovakiyada o qədər məşhurdur ki, o, yeni il bayram masasının ayrılmaz bir hissəsidir. 


Aynalı karpı (bir neçə iri pulcuqlu) və ya çılpaq karpı (pulcuqsuz) təmizləmək çox asandır. Tez inkişaf edən və xırda sümüyü olmayan karp növü yetişdirilib. 


İnsan tərəfindən seleksiya nəticəsində çox sayda ev və akvarium balıqları yetişdirilmişdir. 


Karpların müxtəlif növlərinin əmələ gəlməsi üçün ayrı-ayrı ölkələrin insanları zəhmət çəkiblər. Yaponiyada “koi” adlandırılan dekorativ karp növü yetişdirilmişdir. Bu balıqlar son dərəcə parlaq və müxtəlif rənglidir, onları hətta əhliləşdirmək də mümkündür. Koi tez bir zamanda bütün dünyaya yayılmışdır. Onları göllərdə, bağ və park hovuzlarında saxlayırlar. Çində cırtdan karplar almışlar. Onları hətta akvariumda saxlamaq olar. 


Quppi balığı hamıya yaxşı tanışdır. Təbiətdə onlar Mərkəzi Amerikada məskunlaşıblar. İnanmaq olmur ki, təbiətdə  bu balıqlar yaraşıqsız və boz rəngdədir.


Quppi təcrübə üçün seleksionerlərin (heyvan cinslərinin süni artma mütəxəssisi) faydalı materialına çevrilmişdir. Quppinin çoxlu sayda növləri alınmışdır. Xüsusilə müxtəlif rəng (göy, yaşıl, qırmızı, qara, qızılı) çalarlarına və üzgəclərinin formasına görə erkəklər daha yaraşıqlıdır.


Ta qədimdən insan çəki balığını bəsləmişdir. Əvvəlcə onları tutub hovuza buraxmışlar ki, sonradan tutub çıxartmaq asan olsun. Sonra onu yetişdirməyi öyrənmişlər. İnsanlar nəsil artırmaq üçün ən yağlı və ətli görünən balıqları seçirdilər. Seçim prosesində həm də az hürkən balıqlara da üstünlük verirdilər. Bu cür, çəkinin evdə yetişdirilən növü-karp əmələ gəldi. Karplar hərəkət rəftarına görə də fərqlənirlər, onlar o qədər də ehtiyatlı və qorxaq deyillər.
Çəki sakit sularda yaşayan geniş yayılmış balıqdır. Onlara Avropa və Asiya ölkələrində rast gəlinir. 


Çəki və karp canlılarla və bitki yemlərilə qidalanırlar, başqa sözlə, hər şey yeyən balıqlardır. Balıqçılır təsərrüfatlarındakı göllərdə, əlbəttə ki, balıqların sayı həddindən artıq çox olduğu üçün oradakı yem balıqların hamısına çatmır. Ona görə də onları xüsusi kombinə edilmiş yemlə yemləyirlər. Bu yemlərdə inkişaf üçün lazım olan bütün maddələr var. 


Çəki balığının yaxın qohumu gümüşü dabanbalıqdır. Bu balıq, daha dəqiq desək, onun qızılı forması müxtəlif qızıl balıq növlərinin yetişdirilməsində yaxşı nümunə olmuşdur. Qızıl balıqlar akvariumçular arasında çox məşhurdur.