YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qurbağalar

Quyruqsuz ikihəyatlılar ən müasir amfibilərdir. Onların bədənləri quruda tullanma, suda isə üzmə hərəkətlərinə uyğunlaşmışdır.


Ən iri qurbağa Qərbi Amerikada yaşayan qoliafdır. Uzunluğu 32-35 sm, çəkisi 3,5 kq olan bu qurbağa 8 metr uzunluğa hopanır.


Bütün onurğalıların görmə qabiliyyətlərinin bir vacib xüsusiyyəti vardır: onlar hərəkətsiz əşayaları görmürlər. Çünki ikihəyatlıların gözləri hərəkətsiz qalmır. 


Onların dayanmış gözlərindən heç bir hərəkətli obyekt yayına  bilməz.


Amerika, Florida yarımadasında dünyada ən kiçik qurbağa olan Şimali Amerika ot qurbağası yaşayır. Bu körpə qurbağa (uzunluğu 1,5 sm) otluqlarda yaşayır, kol və ağaclara dırmaşıb toranlıqda cırcırama tıqqıltısına bənzəyən güclü səs çıxarır.


Rusiyada yaşayan adi ağac qurbağası rəngdəyişmə xüsusiyyətlərinə malikdir. Yayda, temperatur kifayət qədər yüksək olanda, yaşıl yarpağın üstündə olan qurbağanın gözü beyninə müəyyən siqnallar göndərir. Beynini isə öz növbəsində dəri toxumaların iki qatından birinə sarı boyayıcı maddənin harada olduğu “komanda”sını verir. Sarı piqmentli toxumalar elə genəlir ki, onların arasında mavi tonlar görünməyə başlayır. Açıq mavi və sarı rənglərin qarışığı ağac qurbağasının rəngini verir. Yaz və payızda, temperatur aşağı olanda, ağac qurbağası ətrafı boz və ya qara rəngdə görür. Beyin toxumalara başqa “komanda”nı verir və onlar yığılıb sarı piqmenti azaldaraq qaranın sayını çoxaldır və ağac qurbağası qəhvəyi rəng alır.