YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Təhlükəli insanlar

Bütün canlı məxluqlar içərisində ən təhlükəlisi insandır. İnsanlar bir-birini öldürür və hər yerdə heyvanları və onların yaşayış məskənlərini məhv edir. Min illər boyu sümükdən düzəldilmiş bıçaq və ya müasir avtomatla silahlanmış insan heyvanları öldürür. Şimali Amerikanın ilk sakinləri mamontları və nəhəng ərincək meymunlarını qırıb məhv etmişlər. Avropa səyyahları bütün dünya adalarının nəhəng quş və heyvanlarını məhv etmişlər. 1970-ci ildən 1993-cü ilə qədər brakonyerlər 60000-dən çox kərgədanı öldürmüşdür. İndi onların sayı 2500-dən azdır və bu heyvanlar yox olmaq təhlükəsi qarşısındadır. Hər yerdə insan yeni torpaqlara yiyələndikcə bu və ya başqa səbəbdən heyvanlar məhv olur. Əhalinin sayı artdıqca bu proses davam edir və müasir silahların köməyi ilə Yer kürəsinin toxunulmamış hissələri zəbt olunur. 


Fil sümüyü od içərisində


Keniya höküməti 1989-cu ildə fil sümüyü ticarətinə qoyulan qadağanı dəstəkləmək məqsədi ilə 1000-ə yaxın filin diş sümüyünü müsadirə edib odda yandırmışdır. Nəticədə ovun azalmasına baxmayaraq, fil sümüyünün qiyməti bahalaşdı və indiyə kimi fillərin öldürülməsi davam edir. 


Ağıllı silah


Uzaq məsafədən öldürmək üçün ixtira olunan silahların hazırlanmasında insan əsas aləti olan beynindən istifadə edir. Hətta sadə nizə və ox ən təhlükəli şikarı minimum risklə öldürməyə şərait yaradır. 


Dəri ticarəti


Pişikkimilərin gözəl xam xəzi həmişə ovçuları özünə cəlb etmişdir və bunun nəticəsində onların sayı kəskin surətdə azalmışdır. XX əsrin 70-ci illərində əksər ölkələr bu xəzlərin ticarətinin dayandırılmasına razılıq vermişlər. 


Göz görə-görə yox olmaq

 

Yüz illər ərzində kərgədanlar buynuzlarına görə qənimət obyektinə çevrilmişdir. İndiyə kimi bu buynuzlar bəzi dərmanların və bahalı bəzək əşyalarının əsas komponentini təşkil edir. Müasir nəqliyyat və silahlar bu iri heyvanların ovlanmasını asanlaşdırmışdır. Bununla əlaqədar olaraq, kərgədanların beş növünün hamısı tezliklə yox ola bilər. 


Koalaya qayğı


Adətən koala insandan qorxmur və bu səbəbdən, xəzlərinə görə ovçuların əsas qənimətinə çevrilirlər. 1924-cü ildən avstraliyadan iki milyon belə xəz ixrac edilmişdir. Bundan sonra koalaları ovlamaq qadağan edilmişdir. 


Bilirsinizmi?


1963-cü ildə ABŞ-da yalnız 400 cüt ağbaş dəniz qartalı qalmışdır. Otuz il onların mühafizəsinə sərf olunan zəhmət müvəffəqiyyətlə nəticələnmişdir. Belə ki, onların sayı 4000-ə qədər artmışdır. Artıq bu növün tamamilə məhv olmaq təhlükəsinin qarşısı alınmışdır. 


Bu insan yağış meşələrinin mühafizəsi hərəkətinin iştirakçısıdır. Hər il insanlar çox böyük meşə sahələrini kəsir və ya yandırırlar. Nəticədə isə 15 000 bitki və heyvan növü tamamilə məhv olmaq üzrədir. Əgər bu dayandırılmazsa, bütün yağış meşələri yaxın 30 il ərzində məhv olunacaq.