Sümüklər
Sümüklər skelet adlandırılan insan bədəninin əsas quruluşunu təşkil edir. Əgər sümüklər olmasa idi, insan bədəni ətrafa dağılardır. Sümüklər eyni amanda yumşaq daxili orqanlar, məsələn, ürəyi qoruyur və əzlələrlə birlikdə insanın hərəkətlərini təmin edir.
Sümüyün daxili quruluşu:
Sümüklər üstdə sərt və sıx birləşmiş, daxildə isə məsaməli sümüklərin yerləşdiyi qatlardan ibarətdir. Bəzi sümüklərdəki boşluqlar jeleyə bənzər sümük iliyi ilə doldurulur.
Sümük iliyi yağ ehtiyatlarını təmin edir və yeni qan hüceyrələri yaradır.
Kəllə sümüyünün hissələri:
Kəllə smüyü bir sümükdən deyil, çoxlu miqdarda xırda sümüklərdən ibarətdir. Kəllə sümüyünün yuxarı hissələri ümumilikdə beyin üçün olduqca möhkəm örtük əmələ gətirdiyi halda, üz sümükləri cəmi on dörd ədəddir. Üz sümüklərinin quruluşu və əzələlər insanın xarici görünüşünü müəyyən edir.
Sümüklər və oynaqlar
Sümüklər qan damarları, sinirlər və hüceyrələrdən ibarət canlı toxumalardır. Onlar möhkəm, lakin yüngüldür və sümüklər qırılan zaman özü-özünü bərpa edə bilirlər. İnsan bədəni çoxlu sayda oynaqlardan təşkil olunduğundan asanlıqla əyilə və hərəkət etdirilə bilər. Oynaqlar iki sümüyün kəsişdiyi və bir-biri üzərində hərəkət etdiyi hissədir.
İnsan sümüklərinin sonluqları düz qığırdaqlarla örtülüb və aralarında olan maye sümüklərin bir-biri üzərində asanlıqla hərəkət etməsinə imkan verir.
Sümüklərin dörd əsa növü var: uzun (məsələn bud sümüyü), qısa (məsələn, daban sümüyü), düz (məsələn, çiyin sümüyü) və əyri (məsələn, qabırğalar). Eyni zamanda küncütlü sümük kimi maraqlı adı olan kiçik və dairəvi sümüklərə rast gəlinir (məsələn, diz çanağı).
Oynaqların növləri
Bəzi oynaqlar (məsələn, dirsəklər) əlin bir istiqamətdə döndərilməsinə imkan verdiyi halda, digərləri isə (məsələn, çiyin sümükləri) dairəvi hərəkət etdirilə bilir.
Yəhər oynaqlara baş barmağın özəyində rast gəlinə bilir.
Top və çuxur oynaqlara çiyin ətrafında təsadüf edilir.
Həncamə oynaqlar dizlərdə yerləşir.
Mil oynaq onurğa sütunun ən üst hissəsində yerləşir. Sürüşkən oynaqlar topuq və biləklərdə rast gəlinir.
Rentgen şüaları
İnsan bədənində hər hansı sümük sındıqda, rentgen şüaları həkimə dəri altında nə baş verdiyini görməyə imkan verir.
İlk rentgen şüaları 1895-ci ildə alman fiziki Vilhelm Rentgen tərəfindən kəşf olunub.o, ilk dəfə arvadının əlinə rentgen şüaları altında baxan zaman sümüklərin kölgələrini və yumşaq toxumalar tərəfindən zəif kölgələnməni aydın şəkildə gördü.
Sınan sümük özü-özünü bərpa edə bilər, lakin ciddi sınıq vaxtı cərrah sümüklərin sağalan zaman düz qalması üçün onların arasına metal mil yerləşdirə bilər. Sınığın sağalması üçün səkkiz həftəyə qədər vaxt tələb olunur.
Maraqlı məlumatlar
1.İnsan bədəni 206 ədəd sümükdən təşkil olunub.
2.Eyni ağırlıqda olan dəmir çubuğa nisbətən, sümük altı dəfə daha möhkəmdir.
3.İnsan bədənində ən uzun sümük bud, ən qısa sümük isə qulaqda yerləşən üzəng sütunudur. Onun ölçüsü düyü dənəsindən heç də böyük deyil.
4.Təxminən səksən sümük kəlləni, bel sümüyü isə qabırğaları əmələ gətirir.
5.Sümüklərin möhkəmliyi üçün insan bədəni kalsium qəbul etməlidir.
6.İnsanın boyun sümüklərinin sayı zürafənin boyun sümüyü qədərdir, yəni yeddidir.
7.Uşaq bədəni daha çox qığırdaqlardan (insan burnunu elsatik edən maddədən) təşkil olunub.
8.Bud sümüyü ən uzun sümükdür və ölçüsü təqribən insan çəkisinin dörddə biri qədərdir.
İnsan sümüklərinin dörddə birindən çoxu əllərdə yerləşir.
13.10.2020