YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Elektrik maşınları

Maşınların çoxu neftdən hazırlanmış benzinlə hərəkət edir ki, bu da ətraf mühitin çirklənməsi və qlobal istiləşməyə səbəb olur. Bu, eyni zamanda, neft ehtiyatının tükənməsinin də əsas səbəblərindən biridir. Bu səbəbdən maşın dizaynerləri daha təmiz enerji mənbələrindən istifadə etməklə elektrik maşınlarının hazırlanmasında maraqlıdırlar. 


Honda FCX Clarity


Bu, görünüşcə adi maşına bənzəsə də, mümkün oluna bilən ən təmiz vasitə ilə hərəkətə gətirilir. Adi maşınlarda mühərrik benzin yandıraraq enerji əldə edir və çirklənməyə səbəb olur. Bu maşında isə yanacaq çəni hidrogen yanacaq elementi adlanan batareya ilə əvəz olunur. O, çəndən hidrogeni və havadan oksigen qazını əldə edərək onların birləşməsindən enerji istehsal edir. Bu zaman tullantı məhsulu yalnız buxar olur və əgər hidrogen təmiz mənbədən alınırsa, o zaman atmosferə demək olar ki, heç bir zərərli maddə atılmır.


Əgər elektrik maşının mühərrik qapağını açsanız, orada heç bir qaz mühərrikinə rast gəlməyəcəksiniz, onu əvəzləyən isə elektrik mühərriki olacaqdır. 


İşləmə mexanizmi


Hidrogen çəni maşının 280 mil və ya 450 km məsafə qət edə biləcəyi qədər yanacaq ehtiyatı saxlayır. 


Yanacaq elementi kimyəvi yolla çəndə olan hidrogen qazının havadakı oksigen qazı ilə  reaksiyaya girib enerji istehsalını təmin edir. 


Yenidən yüklənə bilən batareya maşın əyləci sıxdığı zaman enerji ehtiyatının toplanmasına kömək edir.


Motor sistemi reduktor kimi fəaliyyət göstərir. O, batareyadan daha çox enerjinin mühərrikə axmasını təmin edir. 


Elektrik mühərriki yüngül və yığcamdır, o, qabaq təkərləri döndərməklə maşının düz istiqamətdə getməsinə imkan verir.


Yalnız az sayda elektrik maşınları 100 faiz elektrik cəhətdən təmizdir, çünki onların batareyaları elektrik enerjisi istifadə olunmaqla yenidən yüklənməlidir. Elektrik enerjisinin böyük hissəsi hələdə çirkli yanacaq növlərinin yandırılması ilə əldə olunur və bu səbəbdən çirklənmə və qlobal istiləşməyə səbəb olur.