YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Müasir tibb

Yunan filosofu Hippokratın 2500 il bundan əvvəl tibbin əsasını qoyduğu gündən bu günə qədər tibb uzun bir yol keçmişdir. Tibbin bütün sahələrində baş verən irəliləyişlər insanların daha uzun, sağlam və xoşbəxt yaşamasını təmin edir. 


Miniatür tibb


Kiçik ölçülü alətlərin yaradılması həkimlərə daha çox iş görməyə imkan verir. Gələcəkdə nanorobotların yaradılması ilə nanotexnologiya tibbdə inqilab edə bilər.


Bədən daxilini görmək 


İnsan bir kapsul endoskopu udur və o, insan bədənində hərəkət etdikcə insan bədəninin daxilini video görüntü şəklində çəkir və həkimlərə insan bədənini öyrənməyə kömək edir. 


Nanorobot cərrahlar


Nanorobot adlandırılan kiçik ölçülü alətlər cərrahlara insan bədənini daxildən bərpa etməyə kömək üçün istifadə oluna bilər. Nanoroblar insan bədənində qan ilə hərəkət edə və zərərli rüşeymləri öldürə bilər. 


Cərrahiyyənin təbəqələri 


Cərrahların rolu zaman keçdikcə qanunsuz fəaliyyət göstərənlərdən- “Da vinçi cərrahiyyə Sistemi” kimi kompyuterlə tənzimlənən robotlardan istifadə etməklə adi cərrahiyyə əməliyyatlarını dəqiqliklə həyata keçirənlərə doğru dəyişdi.


Cərrahlar insan bədəninin daxilini görmək üçün endoskopdan istifadə edir.


Dəri köçürülməsi plastik cərrahiyyədə ən çox istifadə olunan prosedurlardan biridir.


Ürək cərrahiyyəsi inkişaf etdirilmiş texnologiya ilə artıq adi əməliyyatlardan biridir. 


Kök hüceyrələri


Artıq orqan və toxuma nəqlini gözləmədən kök hüceyrələrindən bunları inkişaf etdirmək olar. Kök hüceyrələri bölünə və insan bədənində yeni hüceyrələr əmələ gətirən adi hüceyrələrdir. İnsan orqanizmi öz bədənindən törəndiyi üçün kök hüceyrələrindən inkişaf edən orqan və toxumalara müqavimət göstərməyəcək.


Həkimlər insan bədənindən götürülən kök hüceyrələrindən istifadə edirlər. Laboratoriyalarda alimlər embriondan inkişaf edən kök hüceyrələrini ayırırlar. Transplantasiya əməliyyatları  zamanı yeni dərinin yaradılması üçün kök hüceyrələrindən istifadə olunur. 


Orqanizmin bərpası 


İnsan orqanizmi özü-özünü bərpa edə bilmədikdə, həkimlər bunun üçün texnologiyanın nailiyyətlərindən istifadə edirlər. Bunlara görmənin bərpası üçün tor qişasının implantasiya və birbaşa beyin tərəfindən nəzarət olunan protez ayaqlar aid ola bilər.


Amerikalı atlet Blake Leeper protez ayaqlarla qısa məsafədə qaçış üzrə dünya çempionudur.


Beyinlə nəzarət etmə


Keçmiş amerikalı üzgüçü Klaudiya Mitçell beyin gücü ilə protez çiyinlərini hərəkət etdirirdi.