YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tibbin zaman üzrə inkişafı

E.ə 6500-cü ili Trepenasiya “şər qüvvələrin” çıxarılması üçün kəllə sümüyündən deşiklərin açılması cərrahiyyənin ilkin formasıdır.


Eramızın 1590-cı ili Hollandiyalı ata və oğlu Hans və Zaxarius Cannsen ilk mikroskopu və bununla da hüceyrələrin bilinməyən dünyasını kəşf etdi.


Eramızın 1867-ci ili Sterilizasiya tətbiqinin əsası Cozef Lister tərəfindən qoyuldu.


Eramızın 1895-ci ili Vilhelm Rentgen rentgen şüalarını kəşf etdi və daha sonra bu cərrahiyyə müdaxiləsi olmadan insan orqanizminin daxilini görməyə imkan verdi.


Eramızın 1901-ci ili Karl Landşteyner insanın qan qrupu sistemini kəşf etdi.


Eramızın 1950-ci ili Çikaqodan olan cərrahlar qrupu ilk transplantasiya əməliyyatını-Ruts Tuker adlı qadına böyrək köçürülməsini həyata keçirdilər.


Eramızın 1957-ci ili ilk praktik transistorlu ürək ritm tənzimləyicisi Earl Bakken tərəfindən hazırlandı. 


Eramızın 1985-ci ili ilk dəfə olaraq cərrahlar beyindən toxuma nümunəsi götürülməsi üçün PUMA 560 adlandırılan robot köməkçidən istifadə etdilər.


Eramızın 1996-cı ili Alimlər ilk klonlaşdırılmış məməli-Dolli qoyunu yaratdılar (2003-cü ildə öldü).


Eramızın 2007-ci ili həkimlər kök hüceyrələrinin öyrənilməsində böyük uğurlara nail oldular.