YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Spektr

Kainat dalğalarda hərəkət edən elektromaqnit radiasiyası ilə zəngindir. Bizim gözlərimiz bunların işıq şəklində görünə bilən hissəsini görsə də, biz radiasiyanın digər növlərinin təsirlərini də hiss edə bilirik. 


Görünə bilən spektrın rəngləri bunlardır: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. 


Ağ işıq müxtəlif uzunluqda görünən dalğaların qarışığından ibarətdir. 


Dalğalar müxtəlif uzunluqda olan digər dalğanın üzərinə künc hissədə düşdükdə, bu zaman onlar iki dalğa arasında olan uzunluq fərqi qədər əyilir. Bu əyilmə “sınma” adlanır. Qısa dalğalar uzun dalğalara nisbətən daha çox sındığından, spektrın müxtəlif dalğa uzunluqları prizma vasitəsilə ayrılır. 


Elektromaqnik radiasiyanın müxtəlif növlərinin dalğa uzunluqları atomdan kiçik ölçüdən milyon mil uzunluğa qədər dəyişir.


Göy qurşağı


Göy qurşağı ağ işığın müxtəlif mühitlərdən, məsələn, su damcısı və ya nazik yağ qatından keçməsi zamanı sınması nəticəsində yaranır. Günəş işığı yağış və ya dağlarda zəif dumandan keçdiyi zaman göy qurşağı yaranır və biz onları kristal və ya, eyni zamanda bərk materiallarda da görə bilirik.


Elektromaqnit spektr


Gözlə görünən spektr daha böyük olan enerji dalğası spektrının yalnız kiçik bir hissəsidir. Hazırda elektromaqnit spektrın bir çox texnoloji məqsədlər üçün istifadəsi yolları kəşf olunub.


Rəngi görmə


Biz əşayaları işıq dalğaları, onların üz qabıqlarını tam deyil, yalnız onun bir hissəsini əks etdirdiyindən rəngli görürük. Bilkilərin tərkibində onların meyvə və çiçəklərinə rəng verən və heyvanları cəlb edərək tozlanmanı təmin edən piqment adlı kimyəvi maddə var. Meyvə ilə qidalanan heyvanların böyük hissəsi rəngləri görə bilir. 


Pomidor yaşıl və mavi işıqları qəbul edir və qırmızı rəngi əks etdirir.


Limon sarı kimi görünən qırmızı və yaşıl işıqları əks etdirir. Böyürtkən işığın bütün rənglərini qəbul edir, lakin yalnız kiçik bir hissəsini əks etdirir.


Yaşıl bibərlər qırmızı və mavi işıqları qəbul edir və yaşıl işığı əks etdirir.


Rənglərin qarışığı 


Televizorlar qırmızı, yaşıl və mavi işıqları müxtəlif həcmdə qəbul etməklə yüzlərlə rəng istehsal edirlər. Bu üç əsas dalğa uzunluqlarının qarışdırılması nəticəsində yeni rənglərin yaranması rəng əlavə etmə adlanır. 


Rəng subsktraksiyası 


Rəssamlar işıq şüalarını udmaqla yeni rəng əldə edirlər. Əsas rəsm rəngləri maqenta (bənövşəyi qırmızı rəng), sarı və açıq mavi rənglərin qarışdırılmasından əks olunan rənglərin dalğa uzunluqlarını qısaltmaqla yeni rənglər yaradılır. Bu rəng sunstraksiya adlanır.


Dayandıra bilinməyən dalğalar


Elektromaqnit radiasiyasına hər yerdə rast gəlmək olar. Görünə bilən işıq dalğaları bu səhifəni işıqlandıraraq müxtəlif rənglərlə rənglənən şəkilləri və sözləri görməyə imkan verir. Elektromaqnit dalğalarının digər növləri isə hətta hiss edilmədən səhifələrdən və hətta insan bədənindən keçib gedir.