YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Metallar

Aurum


Qrupu: Metal
Kəşf olunma tarixi: bilinmir (tarixəqədərki dövr)
Ərimə temperaturu: 1064°C  (1947°F)
Qaynama temperaturu:2856°C  (5173°F)
Qızıl qədim zamanlardan insanlar tərəfindən yüksək qiymətləndirilir və öz dəyərini qoruyur. Əsrlər boyu ondan xaçlar, taclar, bütlər və sikkələr hazırlanıb. Qızıl heç zaman öz parlaqlığını və asan ərimə xüsusiyyətini itirmir. Qızıl karatla ölçülür-təmiz qızıl 24 karatdır.


Dəmir


Ferrum
Qrupu:Metal
Kəşf olunma tarixi: bilinmir (tarixəqədərki dövr)
Ərimə temperaturu: 1538°C (2800°F)
Qaynama temperaturu: 2862°C (5182°F)
Dəmir çoxxassəli və zəngin metaldır. Bu metaldan körpülərin, metal əşyaların, mətbəx ləvazimatlarının hazırlanmasında istifadə olunur. Dəmir sağlamlıq üçün vacib metaldır, o qana qırmızı rəng verir və oksigeni bütün bədənə daşımağa kömək edir. Dəmir Yer kürəsinin özülünü təşkil edir. 


Helium


Helium
Qrupu: Yüngül qaz 
Kəşf olunma tarixi:1868-ci il
Ərimə temperaturu: -272°C (-458°F)
Qaynama temperaturu: -269°C (-452°F)
Helium hidrogendən sonra təbiətdə daha çox yayılan ikinci kimyəvi elementdir. Bu element Yer kürəsində görünməzdən əvvəl ilk olaraq kosmosda kəşf olunub. Heliumun çəkisi yüngül olduğundan dirijabl və aerostat kimi hava gəmilərinin hazırlanmasında, eyni zamanda maye halında kompyuterlərin soyuducu cihazlarında istifadə olunur. 


Civə 


Hydragyrum
Qrupu: Metal
Kəşf olunma tarixi: Eramızdan əvvəl 1500-cü il 
Ərimə temperaturu: -39°C (-38°F)
Qaynama temperaturu: 356°C (674°F)
Qədim zamanlardan müalicəvi və həyatverici təsiri olmasına inanılsa da, civə zəhərli elementdir. Qədim dövr kimyaçı alimləri qızılın hazırlanmasında bu kimyəvi elementdən istifadə olunduğuna inanırdılar. Civə otaq temperaturunda maye halındadır. 


Karbon


Carboneum
Qrupu:Qeyri-metal
Kəşf olunma tarixi: bilinmir (tarixəqədərki dövr)
Ərimə temperaturu: 
Almaz:3852°C (6917°F)
Qaynama temperaturu: 4800°C (8672°F)
Bütün canlı varlıqlar üçün vacib olan bu element Yer kürəsində daimi olaraq, hava canlı varlıqlar və torpaq arasında hərəkət edir. Karbon atomları bir-biri ilə birləşərək almaz və daş-kömür, eləcə də digər elementlərlə birlikdə 10 milyondan artıq tərkib əmələ gətirə bilir.


Uran


Uranium
Qrupu: Aktinoidlər
Kəşf olunma tarixi: 1789-cu il
Ərimə temperaturu:1132°C (2070°F)
Qaynama temperaturu: 4131°C (7468°F)
Uran təbii mövcud olan radioaktiv metaldır və Uran planetinin şərəfinə belə adlandırılmışdır. Bu kimyəvi element saflaşdırılaraq sənaye, nüvə enerjisi və hərbi avadanlıqların hazırlanmasında istifadə olunur. 1940-cı ildə bu elementdən hazırlanan və “Körpə oğlan” adlandırılan atom bombası 1945-ci ildə Xirosima şəhərinə atılıb.


Kalsium


Calsium
Qrupu: qələvi metal 
Kəşf olunma tarixi: Eramızın 100-cü ilindən əvvəl
Ərimə temperaturu: 842°C (1548°F)
Qaynama temperaturu: 1484°C (2703°F)
Kalsium canlı orqanizmlərdə ən çox rast gəlinən kimyəvi elementdir. Bu kimyəvi element sümük və xarici qabıq qatının əsas hissəsini təşkil edir. Kalsiuma süd, tabaşir və dəniz yosunlarında da rast gəlinir.


Fosfor


Lucifer
Qrupu: Qeyri-metal
Kəşf olunma tarixi: 1669-cu ildə alman kimyaçısı Henniq Brand tərəfindən kəşf olunub
Ərimə temperaturu: 44°C (111°F)
Qaynama temperaturu: 277°C (531°F)
Bu alışan, odlu kimyəvi element reaktivdir və bu səbəbdən Yer kürəsində təbii halda rast gəlinmir. Fosfordan kibrit, gübrə və bəzi silahların hazırlanmasında istifadə olunur. O, eyni zmanda DNT-nin tərkib hissəsidir və bədəndə enerji istehsalına yardım edir.