YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gücü hiss et

Qüvvələr səni yerə doğru çəkən zaman, yıxılmaqdan qoruyan zaman və ya yola doğru itələyərkən hər vaxt hərəkətdədirlər. Qüvvələr atomların daxilində olan ən kiçik nüvədən kainatı formalaşdıran ulduzlar və planetlərə qədər hər şeyə təsir edir. 


İtələmək və çəkmək


İtələmə-güc verməkdir. Məsələn, əliniz qapını açmaq və ya bağlamaq üçün çəkmə və ya itələmə qüvvəsini tətbiq edir. Qüvvələr hər zaman bütün əşyalara təsir edir. Onlar əşyaların hərəkətinin və istiqamətinin dəyişməsinə və ya hərəkət etməsinə səbəb olur. 


Əliniz oyuncaq maşının hərəkət etməsi üçün ona itələmə qüvvəsi ilə təsir edir.


Hərəkət və təsir


Boksçu boks torbasına yumruq vurduğu zaman onun zərbəsi torbanın hərəkət etməsinə səbəb olur. Lakin eyni zamanda boks torbası onun zərbəsinin gücünü azaltmaq üçün eyni, lakin əks qüvvə tətbiq edir. 


Gizli qüvvələr


Adətən, hər hansı əşyanı itələmək və ya çəkmək üçün ona toxunmaq lazım olur. Lakin bəzi qüvvələr əşyalara toxunmadan təsir edir, məsələn, bu maqnit dəmir parçalarına maqnit gücü ilə təsir edir.


Sürtünmə qüvvəsi


Topu yerdə yuvarlatsaq, müəyyən müddətdən sonra o, hərəkətsiz vəziyyətə gələcək sürtünmə qüvvəsi topa təsir edərək onun sürətini azaldacaq. Əgər daha ağır qutunu yerdə itələməyə çalışsaq, bu zaman sürtünmə qüvvəsi sıxma tətbiq edərək onun hərəkətinə mane olacaq. 


Ətalət


Əşyaya təsir edəcək hər hansı qüvvə yoxdursa, o, ya eyni sürətdə hərəkət etməkdə davam edəcək və ya hərəkətsiz qalacaq. Bu “ətalət” adlanır. Təcrübədə ətalət, adətən, hərəkətdə olan əşyaların sürətini azaldır.


Hərəkət etməkdə olan bazar arabasına toxunmadıqda, o öz ətalət qüvvəsinin təsiri ilə hərəkət etməkdə davam edir.


Tarazlıq qüvvəsi


Hər hansı cismə iki və ya daha artəq qüvvə təsir etdikdə, onlar birləşərək “ümumi təsir” əmələ gətirirlər. Bəzi hallarda onlar daha böyük güc yaratmaq üçün birləşir, digər halda isə bir-birinə qarşı çıxaraq gücləri zəiflədirlər. Bir sıra hallarda isə qüvvələr bir-birini tamamilə inkar edir. 


Gücü artırmaq


İnsanlar gücü artırmaq üçün xüsusi maşınlardan istifadə edirlər. Qollar adlanan maşınlar dayaq nöqtəsi adlanan sabit nöqtə ətrafında hərəkət edirlər. Bir çox qollar gücü artırır, lakin bu sənin güc tətbiq etdiyin məsafədən daha qısa məsafəyə təsir edir. Sadə qollara yemək çubuqları, kəlbətin və qozsındıran aid ola bilər.


Kəlbətin qolun bir tərəfində olan əlin zəif gücünü qolun digər tərəfində daha qüvvətli tutma gücünə çevirir.


Qozsındıran əlin zəif gücünü dayaq nöqtəsi ətrafında qüvvətli gücə çevirərək qozu qıra bilir.