YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bu çox sadədir

Kimyəvi element daha sadə hissələrə bölünə bilinməyən təbii maddədir. Kimyəvi element yalnız bir növ atomdan ibarətdir, yəni hidrogen elementi yalniz hidrogen atomu, qızıl isə qızıl atomundan ibarətdir.


Kimyəvi elementlər necə yaranır?


Bir çox alimlər qeyd edirlər ki, hidrogen və helium elementləri kainatın yaranmasına səbəb olan Böyük Partlayış nəticəsində yaranıb. Hidrogen atomu ən kiçik və sadə atom, helium atomu isə ikinci kiçik atomdur. 


Alimlərin bu günə qədər müəyyən etdiyi 117 müxtəlif element Kimyəvi elementlərin Dövri Cədvəli adlanan diaqramda yerləşdirilib. Bu cədvəli ilk dəfə 1869-cu ildə məşhur rus kimyaçısı Dmitri Mendeleyev tərəfindən qurulub və cədvəldə kimyəvi elementlər atomlarının ölçülərinə görə düzülüb.


Hər bir element bir və ya iki hərflə simvollaşdırılıb. Məsələn Kripton elementinin simvolu Kr-dır. Alimlər bu simvollardan molekullar və kimyəvi reaksiyalar üçün kimyəvi formulları yazarkən istifadə edirlər.
Dövri Cədvəlin sol və mərkəz hissəsində metallar, sağ tərəfində isə qazlar və qeyri-metallar yerləşdirilib.


Radioaktiv parçalanma


Bəzi kimyəvi elementlər qeyri-iradi parçalana bilən böyük atomlardan təşkil olunub. Bu radioaktiv parçalanma adlanır və parçalanma nəticəsində ayrılan subatomlar (atomlardan kiçik parçalar) və enerji təhlükəli ola bilər. Hər bir radioaltiv elementin atomlarının yarısının ayrıldığı mövcudolma müddəti var.